Bazar ertəsi, 1 Sentyabr, 2025

282 vakansiya üzrə peşə hazırlığı və iş ilə təminat həyata keçiriləcək


  • Dərc edildi: 25 Fevral, 2022 - 05:04
282 vakansiya üzrə peşə hazırlığı və iş ilə təminat həyata keçiriləcək

282 vakansiya üzrə peşə hazırlığı və iş ilə təminat həyata keçiriləcək   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 11 saylı Ərazi Məşğulluq filialı İstirahət Kompleksləri ilə əməkdaşlığa başlayır. Birgə əməkdaşlıq çərçivəsində ilkin mərhələdə 282 vakansiya üzrə uyğun namizədlər seçiləcək, ilk olaraq onlar peşə hazırlığına cəlb ediləcəklər, daha sonra isə məşğulluqları təmin olunacaq. Vakansiyalar nəqliyyat, təchizat və təminat, kadrlar, qida sahəsi, məişət və təmizlik, qəbul-qeydiyyat, qonaqlama xidməti, idman və əyləncə, təhlükəsizlik olmaqla 71 vəzifəni əhatə edir. Artıq vakansiyalar üzrə uyğun namizədlərin seçiminə başlanılıb. Vakansiyalarla və vakansiyalara dair tələblərlə tanış olmaq və qeydiyyadan keçmək üçün 11 saylı Ərazi Məşğulluq filialına müraciət edə bilərsiniz. __________________________________________________________________________________________________________

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 973
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 199
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7862
Sumqayıt Dövlət Univ...