“TƏBİƏTİMİZİN SOVQATI” adlı Respublika uşaq rəsm müsabiqəsi

“Zeytun bağları” brendi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və gənc nəsildə ekoloji təfəkkürün inkişafı və ekoloji maarifləndirməyə xidmət məqsədi ilə “TƏBİƏTİMİZİN SOVQATI” adlı Respublika uşaq rəsm müsabiqəsi elan olunur.

Yaşı 10-17 olan istedadlı gənclər və yeniyetmələr 2023-cü il avqust ayının 10-a qədər rəsm əsərini fotosu ilə bərabər əsərin adı, müəllifin soyadı, adı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini [email protected] ünvanına göndərməklə müsabiqəyə qatıla bilərlər.

Müsabiqənin mövzusu:

Necə bir təbiəti qoruma nişanı asardım!

• Ölçü və texnika sərbəstdir.

• Əsərlər tək-tək yerləşdirilməli, məlumatlar dolğun olmalı, ən çoxu 2 əsər göndərilməlidir.

• Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük veriləcək!

• Sərgilənməmiş - yeni əsərlər görmək istərdik!

• Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilər.

• Seçim 10-17 yaş kateqoriyasında aparılacaq.

• Sərgilənmək üçün 150 əsər seçiləcək

• Sərgilənən əsərlərin müəlliflərinə setifikat təqdim olunacaq və “Zeytun Bağları” brendinin məhsulundan hədiyyə alacaqlar.

• Sərgidən seçilmiş 30 əsərin müəllifi xüsusi hədiyyə ilə mükafatlandırılacaqlar və həmin əsərlər “Zeytun Bağları” brendinin ofisinin ekspozisiyasını bəzəmək üçün istifadə olunacaq və geri qaytarılmayacaq.

• Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.

• Əlavə suallar üçün 051-310-74-01 nömrəsinə zəng və ya “WhatsApp” vasitəsilə müraciət edə bilərsiniz.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az