"Veysəloğlu" MMC Qeyri-qida üzrə biznes inkişafı departamentində LEGO üzrə Marka meneceri vakansiyasını elan edir. Əgər siz innovativ, çevik, gənc və rəqamsal düşüncə tərzinə, ən əsası da LEGO markası üzrə müvafiq biliklərə sahibsinizsə, o zaman bu vakansiya üçün uğurlu namizəd siz ola bilərsiniz. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:
İşin Təsviri: Məhsul çeşidlərinin idarə olunması, yeni çeşidlərin artırılması, bazar haqqında dolğun məlumat toplanılması, satış proqnoz və planlarının təqibinin həyata keçirilməsi. Yeni məhsulların təmsilçilərə tanıtımı, istehlakçıların istəklərinə uyğun məhsulların araşdırılması, kampaniyaların, aksiyaların hazırlanması və izlənməsi işinin təşkili.
Vəzifə öhdəlikləri:
- Kateqoriyaya uyğun markaları seçmək və onları təqib etmək;
- Çeşidləri kateqoriyaya uyğun ayırmaq, satış nöqtələrini təyin etmək;
- Yeni çeşidlərin artırılması üçün müvafiq addımlar atmaq;
- İstehlakçıların ehtiyaclarını araşdırmaq, ehtiyaclara uyğun çeşidləri müəyyənləşdirmək;
- Məhsulların istifadə müddətinə nəzarəti həyata keçirmək;
- Bazarda məhsulun yayımını izləmək;
- Satış nöqtələrində çeşidlərin yayımı üçün tədbirlər hazırlamaq;
- Satış təmsilçilərində çeşid mövcudluğunu idarə etmək;
- Çeşid stoklarına nəzarət etmək, satınalma strukturu ilə birlikdə stokları mütəmadi kontrol etmək;
- Y
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb