Bazar, 24 Avqust, 2025

ÖDƏNİŞSİZ “Mühasib” peşə hazırlığı təlimi


  • Dərc edildi: 13 Sentyabr, 2024 - 17:18
ÖDƏNİŞSİZ “Mühasib” peşə hazırlığı təlimi

Gənc Mühasiblər İctimai Birliyi, “Qaçqın və Məcburi köçkün” statuslu vətəndaşların mühasibatlıq sahəsində əsaslaşmış kadr kimi hazırlanmasına, məşğulluğunun təmin edilməsinə dəstək göstərən layihənin icrasına başladı.


GMİB tərəfindən keçirilən layihədə “Mühasib” peşə hazırlığı təlimi 5 ay müddətini əhatə edir. Təlimin nəzəri hissəsi peşəkar təlimçilər tərəfindən tədris olunur, praktiki təcrübə isə əməkdaşlıq etdiyimiz müəssisələrdə təmin olunur.


“Mühasib” peşə hazırlığı təlimində iştirak edə bilər:


 Məşğulluq Altsistemində qaçqın və məcburi köçkün statuslu “işsiz” və ya “işaxtaran” kimi qeydiyyatda olan 18-35 yaş arası vətəndaşlar
 Məşğulluq imkanları qiymətləndirildikdən sonra, peşə hazırlığı istiqaməti üzrə uyğunluğu təsdiqlənən vətəndaşlar
Mühasibatlıq üzrə baza bilikləri olan vətəndaşlar
Bakalavr təhsili qiyabi olan vətəndaşlar

Kursda iştirak TAM ÖDƏNİŞSİZDİR.


Kursları uğurla bitirən şəxslərə Gənc Mühasiblər Birliyi tərəfindən sertifikat veriləcək və onların məşğulluğunun təmin olunmasına dəstək göstəriləcək.

Layihədən faydalanmaq istəyən vətəndaşlar lazım olan meyarlar ilə tanışlıq və qeydiyyat üçün formu doldurmağınız xahiş olunur:

https://docs.google.com/forms/d/e/1FAIpQLSdApyq3SCUZflAOS4GUmxy9PgGvb7aZrqWly9UKkA6bEzxwlg/viewform?usp=pp_url

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 425
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 86
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7303
Sumqayıt Dövlət Univ...