“Baharın rəngləri” adlı Respublika uşaq rəsm müsabiqəsi keçiriləcək

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində baharda təbiətin oyanışını təsvir etmək məqsədi ilə “Baharın rəngləri” adlı Respublika uşaq rəsm müsabiqəsi üçün əsər qəbulu elan olunur.

Məqsəd uşaqlara təbiəti sevdirmək və təbiətin qoruyucusu olan bir gəncliyin formalaşmasına xidmətdən ibarətdir.

21 yaşa qədər uşaq və yeniyetmələr Bakı Xətai Sənət Mərkəzi facebook qrupuna daxil olub, (https://www.facebook.com/groups/144172178999749/?ref=share)

təqdim edəcəyi əsərin fotosu ilə bərabər əsərin adı, texnikası, müəllifin soyadı,adı, təvəllüdü, təhsil aldığı məktəb və əlaqə nömrəsini 2023-ci il 2 mart tarixinədək yerləşdirməklə tədbirə qatıla bilərlər.

• Mövzu: Bahar

• Əsərlər tək-tək yerləşdirilməli, məlumatlar dolğun olmalı, 2-dən çox əsər göndərilməməlidir.

• Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və idea əsas götürüləcək.

• Uşaqların əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını və yeni yaradılmış əsərlərin təqdim olunmasını arzu edirik.

• Unutmayın ki, bu bir məşğuliyyət növüdür!

• Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilər.

• Seçim 3 yaş kateqoriyası üzrə aparılacaq 11 yaşa qədər, 11-16 və 16-21 yaş arası

Əsəri sərgilənəcək müəlliflər və sərgilənən əsərlər Xətai Sənət Mərkəzi və Azərbaycan Dövlət Rəsm Qalereyasının media hesablarında elan olunacaq.

Əgər müsabiqənin münsiflərinin seçimlərindən narazı qalanlar olarsa (müəllim, valideyn və şagird) onlar seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində [email protected] e-mail ünvanına müraciət edə bilər və təyin olunmuş bir vaxtda münsif üzvünün nəzarəti ilə rəsm çəkməklə özünü təsdiq edə bilər.

Əlavə suallara 051 310 74 01 whatsapp nömrəsinə yazaraq cavab almaq olar.

Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az