Biznes Analitika üzrə Təcrübəçi
Vakansiya haqqında
Şirkət: Azerconnect
Funksiya: Rəqəmsalaşdırma və Müştəri Təcrübəsi
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi: 25.02.2024
Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkətdir.
Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.
Sizin əsas vəzifə öhdəlikləriniz:
- Biznes proseslərin texniki analizinin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması;
- Biznes proseslər üzrə texniki sənəd (istifadəçi və texniki səviyyədə -use case) hazırlanması;
- Biznes proses üzrə minimal test planların və test ssenarilərinin hazırlanmasında iştirak;
- Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması;
- Dəyişiklik edilmiş biznes prosesin test mərhələsində sifarişçiyə və Core Sistemlərinə dəstək təqdim olunmasında iştirak;
- Biznes prosesin proqramlaşdırma komandası ilə razılaşdırılması və görülən işlər barədə hesabatların təqdim edilməsi;
- Analiz zamanı report hazırlanmasının mümkünlüyünün təmin edilməsi və yarana biləcək potensial risklərin müəyyən edilməsi;
- Məhsul sahibi olan və digər tərəfdaşlarla (3-cü şəxslər) texniki məsələlərin müzakirə edilməsi və uyğunluğun təmin edilməsi;
Vəzifənin tələbləri:
- IT, Layihələrin idarəedilməsi, biznes proseslərinin idarəedilməsi, MBA sahəsində ali təhsil;
- Azərbaycan, İngilis, Rus dillərini bilmək;
- Yüksək performans və effektiv vaxt idarəçiliyi;
- Proqram təminatı prinsipləri, alətləri və texnologiyaları haqqında məlumatlı olmaq;
- Yüksək dərəcədə şəxsi keyfiyyətlər və yazılı ünsiyyət bacarıqları;
- Yüksək dərəcədə ünsiyyət və təşviqat bacarıqları;
- Analiz qabiliyyəti və mürəkkəb verilənlər bazasını anlamaq bacarıqları;
- Problem həll etmə bacarığı və qərar qəbulu üçün tənqidi düşünmə bacarığı;
- Biznes proseslərini və əməliyyatlarını anlamaq;
- Biznes hədəflərinin İT həllərinə inteqrasiyası bacarığı.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur