Bazar ertəsi, 1 Sentyabr, 2025

Project Manager Internship


  • Dərc edildi: 21 May, 2023 - 09:54
Project Manager Internship

"Div Academy" Project Management sahəsində real iş təcrübəsi əldə etmək və karyera qurmaq istəyən gənclər üçün təcrübə proqramını elan edir. Proqramı uğurla bitirən namizədlər əməkdaş olaraq işə qəbul olunma şansı əldə edir. Proqramın sonunda hər bir iştirakçı sertifikatla təmin olunur. 3 aylıq, yalnız real təcrübələrə əsaslanan proqramda aşağıdakı proseslər öyrənilir:

Təcrübə proqramı barədə məlumat:

- İnnovasiyalar sahəsində fəaliyyət göstərən şirkətdə layihələrin idarə olunması (öyrədiləcək)

- CRM sistemlərlə layihənin idarə olunması (öyrədiləcək)

- Komanda ilə "inhouse" və "remote" işləmə (öyrədiləcək)

- Deadline-lar ilə işləmə

- Rəqəmsal alətlərin köməyi ilə biznesin avtomatlaşdırılmasında iştirak

- Marketinq kommunikasiyaları əsaslı tədbirlərdə prosesin idarəolunması

- Layihələrin sənədləşmə proseslərinin idarə olunması
 

- Startup və İnnovasiya yönümlü tədbirlərin təşkilatçılığında iştirak etmək

- Əlaqəli müəssisələr ilə koordinasiyanın davamlılığını təmin etmək

 

Şərtlər:

- Elmlər m. yaxınlığında innovativ mühitli mərkəz
- Proqram saatları:  10:00-dan 18:00-dək (həftədə 6 gün) və ya part time (istəyə uyğun)
- Proqram müddəti: 3 ay
- Limitsiz çay-kofe
- Yekunda sertifikatla təltif olunma
- Gənc, kreativ komandada işləmə fürsəti
- Netvörkinq, sərgi, forumlarda ödənişsiz iştirak

 

Namizədə tələblər:

- Sosial aktivliyi olan gənclərə üstünlük veriləcək

- İnnovasiya və rəqəmsal trendləri yaxından təqib edən 

- Əla ünsiyyət və kommunikasiya bacarığı

- Yeni yaradıcı ideyalar təqdimetmə bacarığı

 

İştirak ödənişsizdir.

 

Müraciət:

Müraciət üçün fotoşəkilli CV faylınızı qısa motivasiya məktubu ilə birgə "[email protected]" ünvanına mövzu hissəsində "PM intern" yazmaqla müraciət edə bilərsiniz.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 979
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 207
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7878
Sumqayıt Dövlət Univ...