Cümə axşamı, 21 Avqust, 2025

Stolüstü tennis çempionatı keçiriləcək


  • Dərc edildi: 4 İyul, 2023 - 22:39
Stolüstü tennis çempionatı keçiriləcək

Əziz tələbə-könüllü, elə indi qeydiyyatdan keç və rəqabət dolu mühitin #bir qəhrəmanı ol! 

 

"Bir Könüllü" Tələbə Təşkilatı və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə həvəskar tələbələr arasında keçiriləcək stolüstü tennis çempionatı sizin üçün tələbə həyatının ən yadda qalan və maraqlı günlərindən ola bilər. 

 

Xanımlar və bəylərdən ibarət olmaqla ümumilikdə 60 tələbənin cəlb olunması nəzərdə tutulan turnir üzvlərimizin həyəcan, dostluq və rəqabət dolu mühitdə bir araya gələcəyi, həmçinin sağlam həyat tərzinin təbliğ ediləcəyi bir platformaya çevriləcək.

 

Tələbələr arasında sosial əməkdaşlığı gücləndirmək məqsədi daşıyan turnirlərdə hakim komitəsi tərəfindən oyunlar izləniləcək və uğurlu iştirakçılar digər mərhələlərə keçid imkanı əldə edəcəklər. Qeyd edək ki, turnirin final oyunu beynəlxalq dərəcəli hakimlər tərəfindən qiymətləndiriləcək və qaliblər medal və müxtəlif hədiyyələrlə təltif olunacaqlar. 

 

Qeydiyyat üçün: https://forms.gle/3shQRqKUQLQ8GkbQ9

 Son müraciət tarixi: 10.07.2023

 

Gəlin bu həyəcanı birlikdə yaşayaq! 

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 229
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 34
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7142
Sumqayıt Dövlət Univ...