reklam

Azərbaycanlı Gənc Dünyanın 23 TOP Universitetinə Qəbul Oldu

Azərbaycanlı Gənc Dünyanın 23 TOP Universitetinə Qəbul Oldu

 

ADA Universitetinin məzunu Əli Məmmədov magistratura təhsilini davam etdirmək üçün dünyanın 4 bir yanından, bir deyil, iki deyil, ABŞ, Böyük Britaniya, Almaniya, Belçika və digər Avropa ölkələrinin 23 TOP müxtəlif universitetlərindən və təqaüdlərindən təklif almışdır. Azərbaycanlı gənc aşağıda sadalanan universitetlərdən tam və qismən təqaüdlərlər ilə təhsil almaq şansını əldə etmişdir, The University of Edinburgh, University of Wisconsin-Madison, University of California, American University, University of Chicago, Queen Mary University of London, Antwerp University, KU Leuven, CEU, Munich, University of Tübingen, University of Glasgow, Lund University, Stocholm University, University of Amsterdam, Erasmus University of Rotterdam, University of Aberden, The University of Sheffield, University of Tartu, University of Barcelona, York University, Leuphana University, Institut Barcelona d'Estudis Internacionals (IBEI). Erasmus Mundus, İsveç və digər təqaüdlərlərlə yanaşı, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” ın qalibi olmuşdur.

O qeyd edir, "Bu gün xəyallarımın nəhayət reallığa çevrildiyini bölüşməkdən məmnunam! Mən seçimimi etdim və akademik mükəmməlliyin və innovasiyanın çiçəkləndiyi yer olan Amerika Birləşmiş Ştatlarının, University of Wisonsin-Madison- da magistratura səyahətinə çıxacağam. Çox sevindirici haldır ki, mənə heç bir maliyyə yükü olmadan arzularını həyata keçirməyə imkan verəcək Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli, 3163 nömrəli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” ın da qalibləri sırasında olmuşam. Mən bu nüfuzlu təhsil ocağında MPA üzrə Magistr təhsili alan ilk azərbaycanlı tələbə olmaqdan qürur duyuram. Həyatımı dəyişdirən bu təcrübəyə başlayarkən mən Azərbaycan irsimin qürurunu və hamı üçün daha parlaq gələcək ümidini daşıyacağımı vəd edirəm."

Qeyd etmək lazımdır ki, Əli Məmmədov bu il ADA universitetindən Dövlət və İctimai münasibətlər ixtisasından fərqlənmə diplomu ilə məzun olmuşdur. Tədris dönəmində, Gənclər sektorunda fəal iştirakı ilə seçilən, və ADA Universitetində "Speak for Youth" tələbə təşkilatını yaradaraq, sədri vəzifəsində fəaliyyət göstərmişdir.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az