Bazar ertəsi, 25 Avqust, 2025

Gənclər Gününə həsr olunmuş konsert keçiriləcək


  • Dərc edildi: 27 Yanvar, 2025 - 11:49
Gənclər Gününə həsr olunmuş  konsert keçiriləcək

Gənclər Gününə həsr olunmuş  konsert keçiriləcək.

 

"İRƏLİ" İctimai Birliyi, “CƏNGİ” Gənclər Birliyi və Beynəlxalq Muğam Mərkəzinin  birgə təşkilatçılığı ilə 2 fevral – Gənclər Gününə həsr olunmuş konsert proqramı keçiriləcək. 

  Edumap.az xəbər verir ki, 2 fevral, saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq konsertdə gənc musiqiçilər Manel & Band-in ifasında dünya və Azərbaycan bəstəkarlarının dillər əzbəri olan nəğmələr səsləndiriləcək.

            Konsertdə vokalçı Maneli pianoda Ülvi İsmayıl, elektro pianoda Mais Həsənov, bass gitarda Elvin Nəbiyev, elektro gitarda Emin Jafarlinsky və ritm alətlərində Vüqar Zəkiyev müşayiət edəcəklər.

            Qeyd edək ki, konsertin təşkilində əsas məqsəd kollektiv yaradıcı fəaliyyət dəstəklənməsi, yeni yaranan musiqi qruplarının inkişafına təkan verərək onların geniş auditoriyaya tanıdılmasına nail olmaqdır.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 493
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 97
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7376
Sumqayıt Dövlət Univ...