14 Oktyabr 15:39

2-ci ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalı keçiriləcək

2-ci ANİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalı 18-20 oktyabr 2019-cu il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. Festival üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək. Təşkilatçıların məqsədi yerli və xarici tamaşaçıları, peşəkarları sevindirəcək, həmçinin Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbirin yaradılmasıdır.

Festivalın proqramı: https://animafilm.az/program/

Festivalın bütün tədbirlərinə giriş sərbəstdir.

Yerlər məhduddur! Festivalın keçiriləcəyi bəzi tədbirlərdə oturacaq yerləri məhdud sayda olduğundan, qeydiyyat formalarını indidən doldurmağı sizdən xahiş edirik.

KİV üçün Qeydiyyat forması: https://forms.gle/pjwo91iP2DmYmLyT8

Açılış Mərasimi üçün Qeydiyyat forması:
https://forms.gle/YqKeybKBcfusSCoT8

Bağlanış Mərasimi üçün Qeydiyyat forması:
https://forms.gle/CF9NVRq57Be9XuBG8

“Öz animasiya filmini yarat!” vorkşopu üçün Qeydiyyat forması:
https://forms.gle/EvzNLpHSCYZyi6MG8

“Canlandır!” vorkşopu üçün Qeydiyyat forması:
https://forms.gle/9CuJRKd1SsxMixNX9

Təşkilatçı:
PERİ FİLM MMC

Tərəfdaşlar:
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ)
Çexiya Respublikasının Azərbaycandakı Səfirliyi
Fransanın Azərbaycandakı Səfirliyi
Azərbaycandakı Fransız İnstitutu
“Çinar Yayımları” nəşriyyatı
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
“Baku” jurnalı

www.animafilm.az

Bəyən və paylaş

Rəylər

rəy(lər)