2 fevral-Gənclər Gününə həsr olunan “Axın” adlı virtual rəsm sərgisi keçiriləcək

2 fevral-Gənclər Gününə həsr olunan “Axın” adlı virtual rəsm sərgisi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı və artgift.az saytının dəstəyi ilə 2 fevral saat 20:00-da  “Nizami Gəncəvi ili” çərçivəsində 2 fevral-Gənclər Gününə həsr olunan “Axın” adlı virtual rəsm sərgisi keçiriləcəkdir.Sərgi gənclərin inkişafını dəstəkləmək, cəmiyyətdəki fəallığını təmin etmək,  yaradıcılıqlarını stimullaşdırmaq məqsədi ilə həyata keçiriləcəkdir.

Sərgidə 50-dan çox gənc rəssamın 60-a yaxın rəsm əsəri sərgilənəcəkdir.

Sərgilənən  əsərlərin artgift.az incəsənət əsərlərinin satış portalı vasitəsilə satışı nəzərdə tutulur.

Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri virtual sərgini izləməyə dəvət edir.

Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları və www.artgift.az incəsənət əsərlərinin satış portalı  vasitəsilə izləmək mümkün olacaq.

Bir cavab yazın

Back to top button