17 Aprel 23:46

3 Beynəlxalq sərgi bir arada

16-cı Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi
7-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi
4-cü Xəzər Beynəlxalq Kater və Yaxtalar Sərgisi

26 – 28 aprel 2017 • Bakı Ekspo Mərkəzi

İştirak Ödənişsizdir!

26-28 aprel tarixində Bakı Ekspo Mərkəzində 16-cı Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika “TransCaspian/Translogistica 2017” sərgisi keçiriləcək. Dəmiryol sektoru, dənizçilik sənayesi, aviasiya, kommersiya təyinatlı nəqliyyat və nəqliyyat-loqistika xidmətləri sahəsində əsas dövlət strukturları ilə yanaşı, kommersiya təşkilatlarını da bir araya toplayan “TransCaspian/Translogistica 2017” sərgisi Xəzəryanı regionun aparıcı nəqliyyat tədbiridir.

Sərgidə nəqliyyat sahəsi üzrə məhsul və xidmətlərin geniş çeşidi – dəniz və dəmir yolları vasitəsi ilə yükdaşımalar, lokomotivlər, sərnişin və yük vaqonları, hərəkət heyətinin təmiri, dəmiryol nəqliyyatı üçün avadanlıq və komponentlər, gəmiqayırma və gəmi təmiri, dəniz limanları və liman xidmətləri, kommersiya təyinatlı nəqliyyat vasitələri üçün komponentlər və digər istiqamətlər təqdim olunacaq.

Sərgidə kommersiya şirkətləri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası və Ukrayna Dəmir Yolları İdarəsi kimi dövlət nəqliyyat strukturları da iştirak edəcəklər.

Sərgi proqramı çərçivəsində “AVP Texnologiya” MMC, “RIRTCD” ASC ilə birlikdə “Lokomotiv təsərrüfatı üçün qabaqcıl texnologiyalar” mövzusunda seminar təşkil edəcək. “Rusaqrotrans” ASC şirkəti isə öz stendində taxıl yüklərinin Rusiyadan Azərbaycan, İran, Gürcüstan və Türkiyə istiqamətlərində daşınması üzrə təqdimat keçirəcəkdir.

“TransCaspian/Translogistica 2017” sərgisi 7-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” və 4-cü Xəzər Beynəlxalq Kater və Yaxtalar “CIBS 2017” sərgiləri ilə eyni meydançada keçiriləcək.

Sərginin iş saatları ↑ 

 

26 aprel, Çərşənbə11:00 – 18:00
27 aprel, Cümə axşamı10:00 – 18:00
28 aprel, Cümə10:00 – 16:00

 

Nəzərinizə çatdırmaq istərdik ki, ziyarətçilərin sərgiyə girişi sərginin iş vaxtının bitməsinə 30 dəqiqə qalmış dayandırılacaqdır.

Keçirildiyi yer ↑ 

“Bakı Ekspo” Sərgi və Toplantı Mərkəzi
Ünvan: AZ1050, Azərbaycan, Bakı,
Suraxanı rayonu, Heydər Əliyev pr., 515

Sərgiyə necə gəlmək olar:

“Bakı Ekspo” Sərgi və Toplantı Mərkəzi Heydər Əliyev adına Beynəlxalq Hava Limanından 3 dəqiqəlik məsafədə yerləşir.

Sərgi ziyarətçiləri şəhər nəqliyyatından faydalana bilərlər:

  • “Koroğlu” metro stansiyasından – N 136, 160, 171

 

 

Ziyarət qaydaları ↑ 

Sizi sərgini ziyarət edən qonaqlardan biri kimi salamlamağa məmnunuq!

  • 26-28 aprel tarixlərində sərgiyə yalnız bu sahənin mütəxəssisləri və iş adamları daxil ola bilərlər.
  • Tələbələr sərgiyə yalnız 28 aprel tarixlərində daxil ola bilərlər. Girişdə tələbə biletini göstərmək kifayətdir.
  • Yaşı 16-dan az olan şəxslər sərgiyə buraxılmayacaqlar.

 

Bəyən və paylaş

Rəylər

rəy(lər)