16 Fevral 20:28

3-cü “Made in Azerbaijan” biznes ideya müsabiqəsinə start verilir

3-cü “Made in Azerbaijan” biznes ideya müsabiqəsinə start verilir.
Müsabiqədə Azərbaycanın bütün ali məktəblərinin tələbələri işirak edə bilər.
Müsabiqənin mükafat fondu:

Müsabiqədə ilk üç yeri tutan tələbələr qiymətli hədiyyələrlə yanaşı bir həftə Türkiyənin aparıcı universitetlərində fəaliyyət göstərən uğurlu startapların təcrübəsinin öyrənilməsi imkanını əldə edəcəklər.
“Made in Azerbaijan-3” biznes ideya müsabiqəsinin qrafiki aşağıdakı kimidir:

– 15 fevral-31 mart 2018 – Biznes ideyaların qəbul edilməsi;
– 01 aprel-20 aprel 2018 – Təqdim edilən biznes ideyaların Ekspert Şurası tərəfindən dəyərləndirilməsi və finalçıların müəyyən edilməsi.
İdeyalarınızı 31 mart 2018-ci il tarixinə qədər [email protected] elektron ünvanına göndərə bilərsiniz. Elektron ünvanın “mövzu/subject” bölməsində “biznesideya2018” sözünü yazmağı unutmayın.

Biznes ideyaların təqdim edilməsi barədə tələblər:

Biznes ideya fərdi olaraq bir nəfər tərəfindən hazırlanmalı və təqdim edilməlidir;
İdeyalar Sərəncama və müsabiqənin missiyasına uyğun olmalıdır;
Modern, orijinal, kreativ və aktual yanaşma olmalıdır;
Layihənin daxili bazarda tətbiqinin reallığı olmalıdır;
Layihənin formatı (esse, təqdimat, video-çarx və digər);
Biznes ideyaya uyğun və onun reallaşdırılmasına dair maliyyə planının mövcudluğu.

*
BİZNES İDEYANIN GÖNDƏRİLMƏSİ FORMATI

Soyadı, adı və atasının adı:
Mobil nömrə:
E-mail:
Təhsil aldığınız universitet, ixtisas və kurs:
Layihənin adı:
Layihənin qısa təsviri:
Layihənin təqdimat faylı:
Biznes ideyanın reallaşdırılması üçün lazımi vəsait (Maliyyə planı):

Bəyən və paylaş

Rəylər

rəy(lər)