3 Martda MENTOR TALKS’UN NÖVBƏTİ TƏDBİRİ KEÇİRİLƏCƏK

3 Martda MENTOR TALKS’UN NÖVBƏTİ TƏDBİRİ KEÇİRİLƏCƏK

Artıq üçüncü dəfə təşkil edilən və mövzusu “Menecment” olan Mentor Talks tədbiri mart ayının 3`ü Avropa Azərbaycan Məktəbində (Badamdar filialı) keçiriləcəkdir.

Bu dəfəki şüarı “Gələcəyini idarə et!” olan tədbirin məqsədi menecmentin müxtəlif sahələrindən olan spikerlərin öyrədici və ilham verən çıxışları ilə insanları davamlı inkişafa sövq etməkdir.

Bu sahədə təcrübəli 7 spikerin çıxış edəcəyi tədbir saat 14:00-dan 18:00-a qədər davam edəcəkdir.

İştirakçılar tədbirdə, Biznes menecment, Marketinq menecment, Layihə menecmenti, PR menecment, Satış menecmenti, IT menecment, Kommunikasiya menecmenti olmaqla 7 fərqli mövzuda xarici və yerli spikerlərdən məlumatlar almaq, davamlı inkişafa meyilli insanlarla “networking” və ianəli bilet alaraq tədbirin sosial tərəfi olan `Gələcəyini Qur!` layihəsinin gənclərinə dəstək olma imkanı əldə edəcəklər.

Tədbirdə iştirak etmək istəyənlər təklif olunan Standart (29 AZN)  və İanəli (39 AZN) biletlərdən birini seçə bilərlər. İanəli biletin standart biletdən fərqi ondadır ki, həmin bilet məbləğinin 10 AZN’i ilə Gələcəyini Qur! layihəsinin gənclərinə dəstək olunacaqdır.

Onu da qeyd edək ki, bu dəfəki tədbirdə sırf bakalavr pilləsində təhsil alan tələbələr üçün də xüsusi biletlər ayrılıb. Tələbələr üçün olan biletin qiyməti 20 AZN təşkil edir.

Məlumat üçün qeyd edək ki, tədbirin biletləri artıq satışdadır.

Biletləri əldə etmək üçün:
www.mentor.az saytından qeydiyyatdan keçə, Mentor Talks’un Facebook səhifəsi ilə (https://www.facebook.com/mentor.az/) və ya aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
Mob: (070) 296 64 66

Yerinizi rezerv etməyə tələsin! İndi sifariş edin!

Bir cavab yazın

Back to top button