Cümə axşamı, 24 İyul, 2025

30 gün ərzində yeni bir şey sınayın!


  • Dərc edildi: 19 Fevral, 2022 - 05:58
30 gün ərzində yeni bir şey sınayın!

30 gün ərzində yeni bir şey sınayın! 📌Həyatımızın rutinə bağlı olduğu müasir dünyada nail olmaq istədiyimiz və ya həmişə arzuladığımız bir işə vaxt ayırmaq çox çətindir. Özümüzə uydurduğumuz bəhanələri demirəm... 📌Matt Cutts Ted çıxışında bu problemlə bağlı tapdığı həll yolu paylaşır. Sadə, lakin təsirli: "30 gün ərzində yeni bir şey sınayın!" Nə etmək istədiyiniz tamamilə sizə bağlıdır. İstər Cutts kimi velosipedlə işə gedin, istər yeni bir dil öyrənin, istərsə də roman yazın... Yalnız bir qayda var: 30 gün ərzində bir gün də qaçırmadan bunu edin. 📌Bu texnika bizə yeni qabiliyyətlər bəxş etməklə yanaşı, su kimi axan günlərimizə unudulmaz xatirələr əlavə edir. Bundan əlavə, davam etdirə biləcəyimiz kiçik dəyişikliklərin vərdişlərə çevrilmə ehtimalı həyatımızda etməyə çalışdığımız böyük dəyişikliklərdən qat-qat yüksəkdir. 📌Bütün bu texnikaları öz həyatında təcrübədən keçirən Matt Cutts çıxışını bu cümlələrlə bitirir: "Nə gözləyirsən? Sizə zəmanət verirəm, xoşunuza gəlsə də, gəlməsə də qarşıdakı 30 gündə uğur qazanacaqsınız. Həmişə etmək istədiyiniz bir şeyi düşünün və ona 30 gün şans verin." Hazırladı:Edumap.azTəhsil Portalı

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə seçimi müsabiqəsi açıq elan olunur
22 İyul, 2025 - 11:20 246
SABAH qruplarının ba...
BSU regionlardan qəbul olan qızlara təqaüd verəcək
22 İyul, 2025 - 11:06 120
BSU regionlardan qəb...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 4446
Sumqayıt Dövlət Univ...