Çərşənbə, 4 İyun, 2025

Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu keçiriləcək


  • Dərc edildi: 5 Oktyabr, 2022 - 16:47
Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu keçiriləcək

17-18 noyabr tarixlərində Bakıda İslam Əməkdaşlığı Gənclər Forumu (ICYF) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu keçiriləcək. 

 

Forumun başlıca məqsədlərindən biri yerli və beynəlxalq təşkilatların, dövlət qurumlarının nümayəndələrinin, iş adamlarının, investorların, ekspert və startapların iştirakı ilə Azərbaycanda, Avrasiyada və İslam Əməkdaşlıq Təşkilatına (OIC) üzv ölkələrdə gənc sahibkarlara dəstək sahəsində yeni baxışın inkişaf etdirilməsi və startap ekosisteminin gücləndirilməsi yollarını müzakirə etməkdir. Bu məqsədlə forum çərçivəsində müxtəlif ölkələrdən olan startapların sərgisi keçiriləcək, yerli və xarici startaplara öz layihələrini investorlara təqdim etmək fürsəti yaradılacaq. 

 

Startap sərgisinə iştirakçı qismində qatılmaq istəyən Azərbaycan startapları oktyabrın 20-dək müraciət edə bilərlər: https://bit.ly/3SUir8f 

 

Sərgidə iştirak etmək istəyən startaplar 18-35 yaş aralığında olmalı, ingilis dilində ünsiyyət qurmaq bacarığına malik olmalıdır. 

 

Startap layihələri qida və aqrar texnologiyalar, “yaşıl sənaye”, fintek, oyunlar və aplikasiyalar, ətraf mühit və bərpa olunan enerji, ağıllı texnologiyalar, aviasiya və kosmik texnologiya, logistika və “ağıllı şəhər”, robotexnika sahələrini əhatə etməlidir.   

 

Qeyd edək ki, yalnız startap layihəsi təşkilat komitəsi tərəfindən seçilən startaplarla əlaqə saxlanılacaqdır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 223
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 59
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 158
Lisey və gimnaziyala...