"KÖRPÜ" təqaüd proqramı

"KÖRPÜ" təqaüd proqramı 

 

iSchool Təhsil Mərkəzi istedadlı gənclərin akademik və şəxsi inkişafını dəstəkləmək, təqaüdəsaslı keyfiyyətli təhsil almasını təmin etmək, gənclərin öz potensialını kəşf etməsinə və inkişaf etdirməsinə imkan yaratmaq və onların xaricdə təhsil almasına dəstək göstərmək məqsədi ilə "KÖRPÜ" adlı təqaüd proqramı elan edir.
 

Təqaüd proqramı çərçivəsində gənclər iSchool Təhsil Mərkəzində ödənişsiz şəkildə həm beynəlxalq imtahanlara (SAT, IELTS, TOEFL) hazırlaşa, həm də Xaricdə təhsil xidmətindən yararlana biləcəklər.  

Müraciət edəcək şəxslər üçün tələblər: 

1.Azərbaycan Respublikasının vətəndaşı olmalı;

2.10,11-ci sinifdə və ya bakalavr pilləsində 4-cü kursda, əyani formada təhsil almalı;

3.Bakalavr pilləsində 4-cü kursda təhsil alan tələbələrin Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) 81 və daha yuxarı bal olmalı;

4.Xaricdə təhsil almaq məqsədi olmalı;

5.İngilis dili biliyi minimum B2 səviyyədə olmalı;

6.Hazırda iSchool Təhsil Mərkəzində təhsil almamalıdır.

Proqramın mərhələləri: 

1.Elektron qeydiyyat mərhələsi (22 oktyabr  - 17 noyabr)

2.İmtahan-test mərhələsi (24 noyabr)

3.Müsahibə mərhələsi (24 noyabr -1 dekabr)

Proqramın üstünlükləri: 

1. Ödənişsiz şəkildə beynəlxalq imtahanlara hazırlıq (SAT, IELTS, TOEFL) 

2. İntensiv dərs proqramı

3. Ödənişsiz sınaq imtahanları

4. Dərs saatlarından fərqli zamanlarda mərkəz daxilində sərbəst dərs çalışma şəraiti

5. Rəsmi imtahan qeydiyyat prosesinə texniki dəstəyin göstərilməsi (rəsmi imtahan ödənişi tələbələr tərəfindən qarşılanır)

6. Ödənişsiz xaricdə təhsil xidməti 

7. Advanced Placement (AP) dərsləri üzrə 40% endirim paketi

Proqram üçün nəzərdə tutulan plan yerləri:

1. 10,11-ci siniflər üzrə- 10 nəfər
2.  4-cü kurs tələbələri üzrə- 5 nəfər


Qeydiyyat linki: https://forms.gle/A6MCqq8gPMtdPYL27

Ünvan: Bakı şəhəri, Səməd Vurğun küçəsi, 69
Əlaqə nömrəsi: 055-837-70-00, 055-837-70-01, 055-837-70-02


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az