“Siesco” MMC Biznes analitik vakansiyası elan edir

“Siesco” MMC  Biznes analitik vakansiyası elan edir.

Siesco - mühasibat uçotunun avtomatlaşdırılması və idarə edilməsi üzrə ixtisaslaşmış dinamik inkişaf edən şirkətdir. Şirkətimiz Azərbaycanda “1C“ firmasının partnyorudur. Mühasibat uçotu, idarəetmə uçotu, istehsalın idarə edilməsi, satınalma və satış prosesləri, əmək haqqı və kadr uçotunun avtomatlaşdırılması üzrə yüksək keyfiyyətli xidmətlər göstəririk.

Biz Sizə uğurlu karyera qurmaq və peşəkar inkişaf etmək imkanı təklif edirik. Şirkətimiz öyrənmək istəyən, işinə pozitiv və yaradıcı şəkildə yanaşan şəxslər axtarışındadır.

 

Namizədə uyğun tələblər: 

  • Dil bilikləri: Rus dili (mütləq!);
  • MS Office proqramları (Word, Excel) yaxşı səviyyədə bilmək;
  • 1C proqramında işləmək bacarığı (mütləq);
  • Mühasibat və iqtisadi biliklər;
  • Analitik düşünmək qabiliyyəti;
  • Yaş həddi: 21-25 yaşadək;

 

- İş rejimi həftənin 6 günüdür;

- İş saatları bazar ertəsi və cümə günləri saat 10:00-dan 19:00-dək, şənbə günləri isə 11:00-dan 18:00-dəkdir; 

-Təlim 1 ay davam edir, təlim müddəti ödənişsizdir, ardından 2 aylıq sınaq müddətində əmək haqqı 350₼;

- Əmək haqqı bilik səviyyəsindən asılı olaraq: 500-2000;

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində 1C Biznes analitik qeyd etməklə [email protected]  elektron ünvanına göndərə bilər.



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az