Çərşənbə axşamı, 1 İyul, 2025

"Rəqəmsal marketinq üzrə aparıcı mütəxəssis" vakansiyası


  • Dərc edildi: 26 May, 2023 - 20:46
"Rəqəmsal marketinq üzrə aparıcı mütəxəssis" vakansiyası

Aqrar İnnovasiya və Təchizat Şirkətinə "Rəqəmsal marketinq üzrə aparıcı mütəxəssis" axtarılır.

Namizədə olan tələblər:
-         Ali təhsil (marketinq, jurnalistika və iqtisadiyyat yönümlü ixtisaslar üzrə);
-         Rəqəmsal və sosial media marketinqi üzrə sertifikatlar üstünlükdür;
-         Rəqəmsal və sosial media marketinqi sahəsində 2 ildən çox təcrübə;
-         Portfoliosunu təqdim etməlidir;
-         Facebook Business Manager və İnstagram Business, Google Ads və Google Analytics, Youtube Studio platformalarında yaxşı səviyyədə işləyə bilməli, təcrübəsi olmalıdır;
-         Azərbaycan dilində mətn kontentinin (copywriting) hazırlanması üzrə bacarığı olmalıdır.
 
Vəzifə öhdəlikləri: 
-         Həvalə ediləcək sosial media səhifələrinin işini təşkil edəcək;
-         Kontent plan hazırlayacaq;
-         Plana uyğun dizayner və kopirayterlə birgə kontentin hazırlanmasını təmin edəcək;
-     &n

bsp;   Paylaşımları planlaşdıracaq və icra edəcək;
-         Ödənişli sosial media təşviqatını təşkil edəcək;
-         Google Ads və digər rəqəmsal platformalar üzərindən vebsaytların təşviqat işlərini icra edəcək;
-         SEO optimizasiya işlərini icra edəcək;
-         Təşviqat büdcəsinin səmərəliliyini təmin edəcək.
 
İş şərtlərimiz:
·           Əmək haqqı: 1100-1200 AZN;
·           İş qrafiki : Tam iş günü (5 gün);
·           İş saatları: 08:30-17:30;
·           Korporativ nömrə.
 
Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
 
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini və Portfoliolarını mövzu hissəsinə “Rəqəmsal marketinq üzrə aparıcı mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız qeyd olunan tələbləri qarşılayan namizədlərlə əlaqə saxlanılacaq. 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 70
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 39
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 218
Məktəbəhazırlıq qrup...