Müştəri xidmətləri üzrə mütəxəssis  vakansiyası

 “Pizza Mizza” MMC-yə Müştəri xidmətləri üzrə mütəxəssis tələb olunur.

  "Pizza Mizza" restoranlar şəbəkəsinin yaranma ideyası 2000-ci ilə təsadüf edir. "Pizza Mizza" nazik xəmirdə Alman keyfiyyətinə əsasən hazırlanan pizza deməkdir. Reseptləri unikaldır və inqrediyentləri isə ideal şəkildə uyğunlaşdırılmışdır. Hazırlıq zamanı yalnız yüksək keyfiyyətli avropa məhsullarından istifadə olunur. Yeməklərin hazırlanması prosesinə xüsusi şəkildə nəzarət olunur. Pizza Mizza yalnız alman dəqiqliyi deyil, o eyni zamanda kulinariyaya özəl italyansayağı yanaşmadır. İlk "Pizza Mizza" şöbəsinin açılışı 6 may 2014-cü ildə baş tutmuşdur.

Tələblər:

 

  • Ali təhsil
  • Müştəri xidmətlərində və ya müştəri sorğuları ilə iş üzrə minimum 1 il təcrübə 
  • MS Office, xüsusən Excel ilə yüksək səviyyədə işləmək bacarığı olmalıdır
  • Dil bilikləri: mütləq səlis azərbaycan dili və rus dili səlis danışıq 
  • Komandada işləmək bacarığı
  • Punktual, çevik, məsuliyyətli, detallara diqqətli

 

Vəzifələr:

  • Gündəlik olaraq, danışıq etikasına əsasən müştərilərlə əlaqə saxlanılması
  • Müştərilərdən daxil olan bütün rəy və sorğularla işin aparılması
  • Filiallar ilə əməliyyat bölməsi arasında koordinasiya işinin aparılması
  • Tərəfdaş şəbəkəsi ilə kommunikasiyanın aparılması
  • Tələb olunan hesabatların hazırlanması və rəhbərliyə məlumat verilməsi
  • Müştəri məmnuniyyəti üçün çalışmaq

 

İş şəraiti:

 

  • Gənc və mehriban kollektivdə iş
  • İş vaxtı 6 günlük
  • Əmək haqqı 500 
  • Nahar şirkət tərəfindən aylıq ödənilir

 

Maraqlananlar CV-lərini “Müştəri xidmətləri üzrə mütəxəssis” başlığı altında  [email protected]  elektron ünvanına göndərə bilərlər. 



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az