Cümə axşamı, 5 İyun, 2025

Azərbaycan Texniki Universitetinin (AzTU) Tədris şöbəsinə tədris koordinatoru vəzifəsinə vakansiya elan olunur


  • Dərc edildi: 17 Yanvar, 2025 - 21:42
Azərbaycan Texniki Universitetinin (AzTU) Tədris şöbəsinə tədris koordinatoru vəzifəsinə vakansiya elan olunur

Azərbaycan Texniki Universitetinin (AzTU) Tədris şöbəsinə tədris koordinatoru vəzifəsinə vakansiya elan olunur.

 

Tələblər:

 

· Ali təhsil;

· Təhsil sahəsi üzrə 1-3 il iş təcrübəsi;

· "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununu, Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin, mərkəzi icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini bilmək;

· Analitik və tənqidi düşünmə bacarığı;

· Komanda ilə işləmək bacarığı;

· MS Office proqramları üzrə sərbəst işləmək bacarığı;

· Azərbaycan dilində səlis yazı və danışıq bacarığı;

· Rus və ya digər dillər üzrə bilik arzuolunandır. 

 

Vəzifə öhdəlikləri:

 

· Təhsil proqramları və tədris planları ilə işləmək;

· Fakültə və kafedralara aid olan sənədləri araşdırmaq;

· Kafedralar üzrə tədris yüklərinin formalaşması, bölünməsi və hesablanmasını yoxlamaq;

· Müxtəlif əmr layihələri hazırlamaq;

· Kafedraların fəaliyyəti ilə bağlı sənədləri, hesabatları toplamaq, arxivləşdirmək və onlara nəzarət etmək;

· Şöbəyə daxil olan qrupun işlərinə aid məktubları cavablandırmaq, sənədlərin icrası haqqında ümumi şöbəyə məlumat vermək;

· Müxtəlif struktur və qurumlardan gələn sorğu, hesabat, məlumatları hazırlamaq və cavablandırmaq;

· Tapşırılan digər fəaliyyətlərin icrasını həyata keçirmək. 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 25.01.2025-ci il saat 18:00

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 242
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 68
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 164
Lisey və gimnaziyala...