Təsvir
Təyyarə Bələdçisi
Vəzifə Öhdəlikləri:
- Hava Gəmisinin göyərtəsində sərnişinləri qarşılamaq;
- Sərnişinləri minik talonlarına müvafiq olaraq düzgün yerləşdirmək, həmçinin baqajın, yükün və poçtun yüklənməsinə nəzarət etmək;
- Uçuş zamanı sərnişinlərə standartlara uyğun yüksək səviyyəli xidmət göstərmək;
- Hava Gəmisində sərnişinlərin təhlükəsizliyini, operativ ilkin tibbi yardım göstərilməsini təmin etmək;
- Hava Gəmisində sərnişinləri ümumi davranış qaydalarına riayət etmələrinə nəzarət etmək;
- Hava Gəmisinin məişət və mətbəx avadanlığının uçuşa hazırlığına nəzarət etmək
Tələblər
Tələblər:
- Vətəndaşlıq: AR vətəndaşı olmaq
- Yaş: 20-35 yaş aralığında olmaq (uyğun təcrübə olmadığı halda)
Yaş: maksimum 45 (uyğun təcrübə olduğu halda)
- Boy: 160-180 (xanım namizədlər üçün) / 170-185 (bəy namizədlər üçün)
- Təhsil: minimum tam orta təhsil
- Dil bilikləri: Azərbaycan – səlis, İngilis – orta səviyyə (fikirləri sərbəst ifadə etmək qabiliyyəti)
İngilis dili biliyi təsdiq edən beynəlxalq sertifikat mövcudluğu (IELTS, TOEFL və s.) üstünlük sayılır
Digər beynəlxalq dil bilikləri (Rus, Alman, Fransız və s.) üstünlük sayılır
- Müştəri yönümlü xidmət mədəniyyəti
- Ünsiyyət bacarıqları
- Komandada çalışmaq bacarığı
Əlavə Qeydlər:
- Təyyarə Bələdçisi vəzifəsi xüsusi xidməti geyimdən istifadə etmə tələb edən vəzifədir. Fəaliyyət göstərən Təyyarə Bələdçiləri təşkilatın təsdiq etdiyi geyim formasından istifadə qaydalarına uyğun davranmalıdır;
- Təyyarə Bələdçisi vəzifəsi müxtəlif insanlar ilə ünsiyyəti tələb edən vəzifədir. Fəaliyyət göstərən Təyyarə Bələdçilərinin vücudunun görünən yerlərində xüsusi nişan, döymə, piercing və s. bənzər nişanların olması qəbul edilməzdir.
Seçim Mərhələləri:
- CV-lərin tələblərə uyğunluğunun yoxlanılması
- Namizədlərin fiziki göstəricilərinin tələblərə uyğunluğunun yoxlanması (Boy/Çəki və s.)
- İngilis Dili bilik testi (qrammatika) və dil üzrə şifahi müsahibə
- Ümumi müsahibə (İnsan Resursları, Funksiya rəhbərliyi və Peşəkar Psixoloqun iştirakı ilə)
- Tibbi Müayinə (yerli və beynəlxalq Aviasiya tələblərinə uyğun olaraq müvafiq prosedurların həyata keçirilməsi)
- İşə Qəbul və Təlimlər
31/10/23
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur