“WinterCamp 2023” tələbələr üçün qış universiteti keçiriləcək

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə qış tətili dövründə tələbələrin bilik və təcrübə mübadiləsinin artırılması, eləcə də asudə vaxtlarının daha səmərəli və faydalı keçirilməsi məqsədilə fevral ayının ilk iki həftəsində Quba rayonunda “WinterCamp 2023” tələbələr üçün qış universiteti keçiriləcək. 

 Aşağıda qeyd olunan 4 istiqamət üzrə keçiriləcək qış univerisiteti çərçivəsində tələbələr peşəkar mütəxəssislərin, spikerlərin və təlimçilərin iştirakı ilə interaktiv sessiyalarda, panellərdə iştirak edərək ixtisas biliklərini təkmilləşdirmək imkanı əldə edəcəklər. 

 Tələbələr həmçinin maraqlı simulasiya yarışlarına və intellektual fəaliyyətə cəlb ediləcək, eyni zamanda, ixtisas biliklərinin təkmilləşdirmək imkanı əldə edəcəklər.

 Tələbələrin hazırlıq səviyyəsinin yüksəldilməsinə, bilik və bacarıqlarının artırılmasına, fərdi yaradıcılıq qabiliyyətlərinin inkişafına yönələn 5 günlük düşərgə ərzində iştirakçılar həmçinin müxtəlif maarifləndirici oyunlarda, bir sıra idman yarışlarında iştirak edərək hərtərəfli şəkildə faydalı vaxt keçirəcəklər.

 Hər biri 5 gün olmaqla 4 fərqli istiqamət üzrə keçiriləcək tələbə düşərgəsində III və IV kursda təhsil alan bakalavrlar, eləcə də magistratura səviyyəsində təhsil alan tələbələr qeydiyyatdan keçərək iştirak edə bilərlər. Qeydiyyatdan keçmiş iştirakçıların ilkin biliklərinin yoxlanılması üçün test imtahanı və müsahibə mərhələsi təşkil ediləcək. Bu mərhələləri uğurla keçən şəxslər iştirak hüququ qazanacaqdır.

 Qeydiyyat linki: https://forms.gle/4dj5bv9yWrrtLfTb7

Qeyd olunan istiqamətlər:

 Maliyyə, iqtisadiyyat və əlaqəli ixtisaslar üzrə təhsil alan tələbələr;

 Riyaziyyat, fizika və əlaqəli ixtisaslar üzrə təhsil alan tələbələr;

 Jurnalistika, ictimaiyyətlə əlaqələr, media və kommunikasiya, dövlət və ictimai münasibətlər və əlaqəli ixtisaslar üzrə təhsil alan tələbələr;

 Təhsil idarəetməsi, pedaqoji profilli ixtisaslar üzrə təhsil alan tələbələr.

 Qış tətil günlərini intellektual və yaradıcı potensialını inkişaf etdirmək, əylənərək öyrənmək, öz ideya və təkliflərini peşəkarlarla paylaşmaq, nəzərdə tutulan infosesssiyalarda iştirak etmək, həmçinin asudə vaxtını daha faydalı keçirmək istəyirsənsə aşağıdakı ərizə formasını dolduraraq qeydiyyatdan keç!

 Qeydiyyat üçün son tarix: 5 yanvar, 2023-cü il.

Qış Universitetində iştirakçı sayı məhduddur. Yalnız seçilən şəxslərə yekun seçim nəticələri barədə məlumatlar elektron poçt vasitəsilə göndəriləcək.

 Əlaqə: [email protected]



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az