28 Dekabr 13:57

“31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş tədbir

29 dekabr 2017-ci il tarixində saat 11:00-da AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Konfrans zalında YAP “Azərbaycan Tarixçiləri” ilk ərazi təşkilatı Milli Azərbaycan Tarixi Muzeyi ilə birgə “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə və Yeni 2018-ci il təqvim ilinə həsr olunmuş tədbir keçiriləcək.

Tədbirin proqramı:

Çıxışlar:

  • Muzeyin direktoru, akademik Nailə Vəlixanlı
  • YAP Səbail Rayon Təşkilatının sədr müavini Muxtar Nağıyev
  • Gənc Vətənpərvərlər Birliyin hərbi işlər üzrə müavini, 19 nömrəli tam orta məktəbin direktor müavini, hərbçi, qazi İslam Əzimov

Bədii hissə:

  • Dadaş Dadaşov “Çinarənin sevinci”.

Kanonda ifa edir: Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi Hüseynli Fidan

  • Xalq mahnısı “Səni araram”

Kamançada ifa edir: Respublika İncəsənət Gimnaziyasının 8-ci sinif şagirdi Nağıyev Hüseyn

  • Covdət Hacıyev “Ballada”.

İfa edir: Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi Ağayeva Ünal

  • “Uzundərə” rəqsi.

İfa edir: 2 nömrəli Texniki-Humanitar Liseyin 5-ci sinif şagirdi Məmmədli Aydan

  • “Qarabağ şikəstəsi”.

Çıxış edir: Azərbaycan Milli Konservatoriyasının 3-cü kurs tələbəsi Qüdrətli Gülnar, müşaiyət edirlər: Azərbaycan Milli Konservatoriyanın müəllimləri – tarda Nağıyev Elçin, kamançada Respublikanın əməkdar artisti Ələkbərova Fəridə

 

Ünvan:  Bakı şəhəri, H.Z. Tağıyev küç., 4, Milli Azərbaycan Tarixi Muzeyinin binası, Konfrans zalı

Bəyən və paylaş

Rəylər

rəy(lər)