Çərşənbə, 3 Sentyabr, 2025

"Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi" layihəsi çərçivəsində dərslər davam edir


  • Dərc edildi: 11 Mart, 2025 - 01:04
"Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi" layihəsi çərçivəsində dərslər davam edir

"Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi" layihəsi çərçivəsində dərslər davam edir

 

Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihələrindən biri olan "Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi" çərçivəsində tədris prosesi uğurla davam edir.

Seçilmiş hədəf siniflər üzrə (2, 3 və 4-cü siniflər) təşkil olunan qruplarda dərslər Khan Academy öyrənmə platformasının dəstəyi ilə həyata keçirilir. Hər qrupda 12 nəfər olmaqla, şagirdlər riyaziyyatı oyunlar, interaktiv tapşırıqlar və nailiyyət əsaslı öyrənmə vasitəsilə daha maraqlı və səmərəli şəkildə mənimsəyirlər.

Layihə sayəsində şagirdlər riyaziyyatın gündəlik həyatla əlaqəsini daha yaxşı anlayır, yeni texnologiyalarla dərslərin öyrədici və əyləncəli tərəfini kəşf edirlər. Eyni zamanda, valideynlər də övladlarının irəliləyişini izləmək üçün statistik məlumatlara çıxış əldə edərək onların inkişaf prosesində aktiv iştirak edirlər.

Layihə çərçivəsində keçirilən dərslər riyaziyyat fənninin sevdirilməsi, şagirdlərin öyrənmə həvəsinin artırılması və texnologiya ilə dəstəklənmiş təhsil metodlarının tətbiqi baxımından mühüm addım hesab olunur.

Dərslər planlaşdırıldığı kimi davam edir və layihənin əsas məqsədlərinə çatmaq üçün fəaliyyətlər ardıcıl şəkildə icra olunur.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1080
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 242
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8063
Sumqayıt Dövlət Univ...