Bazar ertəsi, 1 Sentyabr, 2025

ARTİ-nin Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsində təcrübə imkanı


  • Dərc edildi: 17 Oktyabr, 2024 - 18:58
ARTİ-nin Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsində təcrübə imkanı

ARTİ-nin Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsində təcrübə keçmək istəyənlər müraciət edə bilər. 


 


Şöbənin işi barədə isə burada məlumat verim:


Hal-hazırda "Məktəblər üçün PISA", "PISA", "PIRLS", "IELS" beynəlxalq qiymətləndirmə tədqiqatları ya həyata keçirilir, ya da növbəti tədqiqat dövrünə hazırlıq gedir. Hazırlıq isə məktəblərin və şagirdlərin seçimi, materialların tərcüməsi, yoxlanılması, təsdiqi, beynəlxalq qiymətləndirmə tədqiqatlarında istifadə olunan müxtəlif platformalarda iş,  beynəlxalq mərkəzlə (OECD, IEA, Janison, Boston College, ACER və s.) kommunikasiya, imtahanların keçirilməsi və koordinasiyası, digər əlaqəli qurumlarla əməkdaşlıq və s. kimi faydalı, öyrədici və hərtərəfli işləri əhatə edir. :)


Bundan əlavə, şöbə ölkəmiqyaslı “BilBacar” müsabiqəsini və digər böyük layihələri həyata keçirir.
Komandamız dinamik və inklüzivdir, işimiz çoxdur, amma maraqlı və əyləncəlidir, qısa müddətdə təhsil sahəsində fərqli təcrübələr qazanmaq və öyrənmək istəyənlər müraciət edə bilər. 

Təcrübəçidə axtardığımız xüsusiyyətlər:
-      Öyrənmə və işləmə həvəsi;
-      İKT bacarıqları;
-      Tədqiqat bacarıqları (və ya internetdə axtarış bacarıqları).

İxtisası təhsil sahəsində olanların müraciəti arzuolunandır, amma mütləq deyil.
Müraciət etmək istəyənlər 31 oktyabr tarixinədək [email protected] imeylinə öz CV-lərini "Təcrübə üçün müraciət" başlığı altında göndərə bilərlər.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 979
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 206
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7877
Sumqayıt Dövlət Univ...