“ZƏFƏR – 44” uşaq rəsm yaradıcılıq turniri

“ZƏFƏR – 44” uşaq rəsm yaradıcılıq turniri 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil  Nazirliyi, Azərbaycan Televiziya və  Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən Müharibəsində qazandığı möhtəşəm tarixi zəfərə həsr olunmuş “ZƏFƏR – 44” adlı uşaq rəsm yaradıcılıq turniri elan olunur.

10-21 yaş arası uşaq, yeniyetmə və gənclər 2022-ci il sentyabr ayının 30-dək İŞTİRAKÇI ANKETİni tamamlayıb   Bakı Xətai Sənət Mərkəzi  facebook qrupunda(https://www.facebook.com/groups/144172178999749/?ref=share)

yerləşdirməklə “ZƏFƏR – 44”  uşaq rəsm yaradıcılıq turnirinin iştirakçısı ola bilər

         “ZƏFƏR – 44”  UŞAQ  YARADICILIQ TURNİRİ

                              İŞTİRAKÇI   ANKETİ

        Ad _ _ _ _ _ _ _ _ __ _ _ _ _ _ _ _ _ __ _ _ _ _ _ _ 

        Soyad _ _ _ _ _ _ _ _ __ _ _ _ _ _ _ _ _ __ _ _ _ _ 

        Ata adı   _ _ _ _ _ _ _ _ __ _ _ _ _ _ _ _ _ __ _ _ _ _ 

        Təvəllüd  _ _ _ _ _ _ _ __ _ _ _ _ _ _ _ _ __ _ _ _ _ _

        Təhsil aldığı  məktəb             _ _ _  _ _ _ _ _ _  _ _  _

         və ya yaradıcılıq müəssəsi _ _ _ _ _ _ _ __ _ _ _ _ _

        Əlaqə (nömrə və ya e-mail ) ünvanı_ _ _ _ _ _ _ _ __ _

 

  • Müraciət etmiş uşaqların tədbirdə iştirak günü qeyd olunmaqla siyahısı qrupda yayımlanacaq.
  • Tədbir hər gün ən çoxu 15 uşaq olmaqla mərhələli surətdə davam edəcək.
  • İştirakçı 2 saat ərzində nəzarətçi rəssamların müşaəti ilə sərbəst mövzuda hər hansı bir rəsm əsərini ərsəyə gətirməlidir.
  • Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla ərsəyə gətirdiyi əsər əsas götürüləcək.
  • Plenerlər hava şəraitindən asılı olaraq Xətai Sənət Mərkəzinin qarşısında və ya daxilində keçiriləcək.
  • Hər uşaq yalnız bir dəfə qoşula bilər.
  • Müsabiqədə həmçinin xarici ölkə vətəndaşları da iştirak edə bilər.
  • Sərgilənəcək əsərlər geri qaytarılmır. 
  • İştirakçı ən az 72 saat öncə  iştirakçı cədvəlindəki  gününü dəyişmə haqqına sahibdir.
  • Hər plenerin sonunda  yekun sərgi üçün ilkin seçim  aparılacaq .
  • İlkin seçilmiş əsərlər arasından ən yaxşı 44 əsər sərgilənmək üçün seçiləcək.
  • Əsəri sərgilənəcək uşaqların siyahısı və Turnirin bağlanış tarixi haqda ayrıca məlumat veriləcək .
  • Turnirin bağlanış sərgisi Xətai Sənət Mərkəzində keçiriləcək.   
  •  Əsəri sərgidə nümayiş olunan müəlliflərə sertifikat və hədiyyələr təqdim olunacaq .             
  • Əlavə suallar və ya seçimlərindən narazı olanlar seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində 051-310-74-01 whatsapp nömrəsinə müraciət edə bilər.

            Mətbuat dəstəkçiləri: Azərtac, Mədəniyyət qəzeti, Azpress.az, Milli.az,             Trend.az, Day.az, Edumap.az , Eduonline.az, Frame.az, XSM.az və Tanışolaq jurnalı.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az