İşə qəbul üzrə aparıcı/baş mütəxəssis vakansiyas;

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

 

  • Ali təhsil;
  • Sahə üzrə 2 il iş təcrübəsi (Bank sahəsində təcrübə üstünlükdür);
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus və ingilis dilini bilmək üstünlükdür;
  • İşəqəbul və müsahibə texnikaları üzrə yüksək səviyyədə bilik və təcrübə;
  • MS Office (MS Word, MS Excel, Outlook) proqramları üzrə biliklər;
  • Komandada işləmək və fəal ünsiyyət qurmaq bacarığı;
  • Təşəbbüskar, diqqətli və məsuliyyətli olmaq.

 

İŞİN TƏSVİRİ:

 

  • Bankın illik və rüblük işəgötürmə planının hazırlanmasında iştirak edir və planın həyata keçirilməsinə nəzarət edir;
  • Yeni işçilərin qəbuluna aidiyyatı olan struktur bölmələri işə yeni qəbul olunmuş işçi haqda məlumatlandırır;
  • Açıq vakansiyalar haqqında məlumatın bankın saytında və müxtəlif internet saytlarında yerləşdirilməsini və onlarla ilkin müqavilələrin hazırlanmasını təmin edir;
  • Müxtəlif dövlət və özəl qurumlar tərəfindən keçirilən əmək sərgilərində bankı təmsil edir və namizədlərə bank, bankın təqdim etdiyi vakant yerlər haqqında məlumat verir;
  • CV bazasının yaradılmasını, açıq vakansiyalara uyğun CV-lərin seçilməsini təmin edir;
  • Rüb ərzində aparılmış seçimlərin analizini həyata keçirir və seçim prosesini təkmilləşdirəcək təkliflərlə çıxış edir;
  • Perspektiv işçi seçimi məqsədilə Universitetlərlə əməkdaşlıq proqramlarını koordinasiya edir, proqram çərçivəsində hazırlanmış fəaliyyət planının həyata keçirilməsini təmin edir;
  • Bankı korporativ tədbirlərinin keçirilməsində iştirak edir.

 

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İnsan resursları üzrə aparıcı/baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az