SAFAROFF-da yeni komanda yoldaşları axtarılır
- Project Manager
- Front-end Developer
- Back-end Developer
- UX/UI Designer (Daha öncədən müraciət edən namizədlərdən dəvət edəcəyik.)
Yeni bir layihədə peşəkar mentorluq dəstəyi ilə çalışa biləcək intern-lərə ehtiyacımız var. Layihə və tapşırıqlar real sifarişçi tərəfdən veriləcək. Sifarişçi ilə danışıb işi onlara təqdim etmək istəyirsinizsə və real feedback-lər əsasında iş hazırlamaq istəyirsinizsə müraciət edə bilərsiz.
Məqsədimiz nədir?
SAFAROFF 20 ildir ki, yerli və qlobal brendlərlə iş təcrübəsi olan şirkətdir. Bu müddət ərzində MC Donald's, Lamborghini, Red Bull kimi beynəlxalq brendlərlə və Hökümət Ödəniş Portalı, Dövlət Vergi Xidməti kimi yerli dövlət strukturları ilə layihələr hazırlamışıq. Yerli bazarda kadrlar yetişdirmək üçün bu şəraiti yaradırıq. Növbəti aylarda peşəkar komandaya lazım olan juniorlar yetişdirmək və onlar komandamızda görmək bizim üçün daha əlverişlidir.
Nə təklif edirik?
Real mühitdə müştərilərlə işləmək imkanı.
Peşəkar proqramçılardan mentorluq dəstəyi.
Öz sahənizdə bacarıqlarınızı inkişaf etdirmək üçün şans.
Rahat ofis şəraiti və komanda ilə işləmək.
Nə tələb edirik?
Öz sahənizdə araşdırma qabiliyətinizin olması.
Kömək etmək və kömək istəməkdən çəkinməmək.
Problem həll etmək bacarığına sahib və bu düşüncədə olmaq.
Sahənin bazasını texniki tərəfdən yaxşı bilmək.
İnkişaf etməyə maraqlı olmaq.
Tapşırıqları vaxtında həll etmək və ya həll yolu tapmaq.
Üzərində işlədiyiniz startup layihələr varsa bizimlə birlikdə inkişaf etdirmək üçün bizə layihələrinizi təqdim edə bilərsiz. Layihə 1 ay davam edəcək və ödənişsizdir. 1 ay sonunda bir qucaq dolusu təcrübə ilə öz karyeranıza davam edə bilərsiz.
Kadr kimi özünü inkişaf etdirmək istəyən gənclər işlərini bizimlə bölüşə bilərlər: [email protected]
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur