Bazar ertəsi, 2 İyun, 2025

“Gənc Liderlər” Forumu


  • Dərc edildi: 28 Noyabr, 2024 - 00:33
“Gənc Liderlər” Forumu

“Gənc Liderlər” Forumu

 

30 noyabr 2024-cü il tarixində, Bakı Dövlət Universiteti, Azərbaycan gənclərini əhatə edən ən önəmli tədbirlərdən biri olan “Gənc Liderlər” Forumuna ev sahibliyi edəcək. Forum “Sosial Məsələlərin Həllinə Kömək” və “Sosial İnkişafa Yardım” İctimai Birliklərinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Forumun əsas məqsədi gənclərin sosial bacarıqlarını inkişaf etdirmək, onların liderlik keyfiyyətlərini artırmaq və dayanıqlı inkişaf məqsədlərinə uyğun təşəbbüslərə dəstək verməkdir.

“Gənc Liderlər” Forumu gənclərin liderlik bacarıqlarını artırmaq üçün unikal bir fürsətdir. Burada iştirakçılar, liderliyin nə olduğunu və necə uğurlu lider ola biləcəklərini öyrənəcəklər. Təcrübəli spikerlər öz uğur hekayələrini paylaşacaq və motivasiya verəcək. Forumda gənclər lider kimi fərqlənmək üçün lazım olan əsas bacarıqları kəşf edəcəklər. Bu, liderlik yolunda ilk addım atanlar üçün əvəzsiz bir təcrübədir!

Forumun tərəfdaşları arasında Azərbaycan Respublikasının Gənclər Fondu, NAYORA, Azərbaycan Tələbələr və Məzunlar Platforması, “Gənclər İnkişaf Naminə” İctimak Birliyi xüsusi yer tutur. Başkent şirkəti isə xüsusi sponsor qismində fəaliyyət göstərəcək. Təşkilatçılar gəncləri forumda fəal iştirak etməyə dəvət edirlər, çünki bu tədbir yalnız bilik və təcrübə qazanmaqla yanaşı, yeni şəbəkələrin qurulması üçün də unikal platforma olacaqdır.

Keçirilmə yeri: Bakı Dövlət Universiteti

Tarix: 30 noyabr 2024-cü il

Saat: 11:00

Gələcəyin liderləri ilə bir arada olmaq və şəxsi inkişafınıza təkan vermək fürsətini qaçırmayın!

Qeydiyyat üçün linkə daxil ola bilərsiniz

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 31
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 116
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 146
Lisey və gimnaziyala...