Cümə axşamı, 21 Avqust, 2025

“Şuşa Könüllüləri” qrupunun qəbuluna start verilir!


  • Dərc edildi: 4 Noyabr, 2022 - 11:50
“Şuşa Könüllüləri” qrupunun qəbuluna start verilir!

“Qayıdış Könüllüləri” Proqramı çərçivəsində Şuşa şəhərində davamlı könüllü fəaliyyətinə cəlb olunacaq gənclərin seçilməsi üçün “Şuşa Könüllüləri” qrupunun qəbuluna start verilir!

Müzəffər Ali Baş Komandanın işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən işlərə gənc nəslin, xüsusilə də kökləri bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb olunması çağırışına uyğun olaraq “Qayıdış Könüllüləri” Proqramına start verilib.

Proqramın əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən oradan olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində və eləcə də bölgənin tarixi, mədəniyyəti və xalqımızın irsinin təbliğində iştirakını təşviq etmək və gənclərin azad olunmuş ərazilərə qayıdışına töhfə verməkdir.

8 Noyabr - Zəfər Günü ərəfəsində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Qayıdış Könüllüləri” Proqramının “Şuşa Könüllüləri” qrupuna qeydiyyat başladı.

Proqrama qoşulmaq istəyən, 18-29 yaşarası, əslən Şuşa rayonundan olan hər bir gənc təhsil səviyyəsindən asılı olmayaraq https://qayidish.konullu.az/ saytından qeydiyyatdan keçə bilər.

Seçilmiş gənclərin müvafiq təlim və hazırlıqlardan sonra Şuşa şəhərində könüllü fəaliyyətinə cəlb olunması planlaşdırılır.

Son müraciət tarixi: 14 noyabr 2022-ci il.

Proqram çərçivəsində “Şuşa Könüllüləri” Şuşa şəhəri ərazisində müxtəlif könüllü fəaliyyətləri göstərəcək, o cümlədən mütəmadi olaraq Şuşada keçiriləcək tədbirlərin təşkilində iştirak edəcək, Şuşaya səfər edən yerli və xarici qonaqlarla işləyəcək, bərpa və yenidənqurma işlərinə dəstək verəcək, qayıdışa hazırlıq və məskunlaşmaya könüllü dəstəyinin göstərilməsinə cəlb olunacaqlar.

Təhsil Xəbərləri

Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 23
Məktəblilərimiz Beyn...
“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 218
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7141
Sumqayıt Dövlət Univ...