İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) Dünya İqtisadi Forumu (Davos) ilə əməkdaşlıq çərçivəsində 4-cü Sənaye İnqilabı texnologiyalarının (4Sİ) ölkəmizdə tətbiqi, ən son yeniliklər, layihələr və təşəbbüslər haqqında müxtəlif konseptlərdə bloqlar və məqalələr hazırlayır və bu məqalələr Forumun saytında işıqlandırılır. Forumun bloqlarının ay ərzində oxucu sayı 5 milyondan çoxdur.
Bu məqsədlə 4SİM Süni İntellekt və Əşyaların İnterneti kimi qabaqcıl texnologiyalar və onların sənaye və cəmiyyətə transformasiyaedici təsiri haqqında bloqlar və məqalələr yazmağa həvəsli şəxslərin axtarışındadır.
Nümunə mövzular (bunlarla məhdudlaşmayaraq):
- Süni İntellekt və avtomatlaşdırma: Gələcək iş sahələrinin formalaşdırılması;
- Əşyaların İnterneti və “Ağıllı Şəhərlər”: Şəhər innovasiyasına yol açmaq;
- Süni İntellekt etikası və çağırışlar;
- Səhiyyədə Süni İntellekt və Əşyaların İnterneti: Xəstəliklərin müalicəsində inqilab;
- Sənaye 4.0: Süni İntellekt və Əşyaların İnterneti texnologiyaları istehsala necə təsir edir?;
- Avtonom nəqliyyat vasitələri: Süni İntellekt və nəqliyyatın kəsişməsi.
Faydaları:
- Məqalənizin Dünya İqtisadi Forumunun veb səhifəsində (www.weforum.org) paylaşılması nəticəsində milyonlarla oxucuya çıxış əldə etmək imkanı;
- Məqalənizin 4SİM-in veb səhifəsində paylaşılması;
- 4Sİ texnologiyaları ilə bağlı 4SİM tərəfindən həyata keçirilən təşəbbüslərə ekspert kimi cəlb olunmaq imkanı;
- 4SİM tərəfindən məqalənizin yerli və beynəlxalq platformada təbliğinin həyata keçirilmə imkanı.
Əgər siz Süni İntellekt, Əşyaların İnterneti və digər 4Sİ texnologiyalarının faydaları haqqında başqalarını maarifləndirərək, sahənin yenilikləri ilə fərq yaratmaqda maraqlısınızsa, aşağıdakı formanı doldurmağınız xahiş olunur. Bu, biliklərinizi qlobal auditoriya ilə bölüşmək üçün əla fürsətdir.
Müraciət üçün link:
https://lnkd.in/eDb65ijM
Əlavə suallarınız olduğu təqdirdə [email protected] yazmaqla müraciət edə bilərsiniz.
Gəlin inkişaf etməkdə olan texnologiyalar dünyası haqqında müzakirələr aparmaq üçün əməkdaşlıq edək.
Hər bir fikir dəyərlidir!
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur