Cümə, 6 İyun, 2025

“Bank Respublika” ASCProblemli istehlak kreditləri ilə iş üzrə mütəxəssis vakansiyasını elan edir


  • Dərc edildi: 20 Sentyabr, 2023 - 11:12
“Bank Respublika” ASCProblemli istehlak kreditləri ilə iş üzrə mütəxəssis vakansiyasını elan edir

“Bank Respublika” ASCProblemli istehlak kreditləri ilə iş üzrə mütəxəssis vakansiyasını elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

 

  • Təhkim edildiyi filialların problemli kreditlər üzrə müştərilərilə işi təşkil etmək;
  • Problemli kreditlər üzrə müştərilər və onların ailə üzvləri ilə görüşləri təşkil etmək;
  • Məhkəməyə qədər borcu qaytarmayan müştərilərin  faktiki yaşayış ünvanlarını müəyyən etmək;
  • Problemli kreditlər üzrə müştərilərlə aparılan işlər üzrə müvafiq hesabat cədvəlində qeydlər aparmaq.

 

Namizədə qarşı tələblər:

 

  • Ali təhsil;
  • Problemli kreditlər üzrə müştərilərlə iş üzrə minimum 1 il təcrübə;
  • Kreditləşmə, maliyyə və hüquq sahəsində təcrübəsi olanlara üstünlük verilir;
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus dili yaxşı səviyyədə arzuolunandır;
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Məsuliyyətlilik, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 sentyabr 2023-cü il tarixinədək emailin mövzu hissəsində Problemli istehlak kreditləri ilə iş üzrə mütəxəssis qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 81
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 274
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 77
Elm və təhsil naziri...