Bazar, 1 İyun, 2025

Marketinq Menecer vakansiyası


  • Dərc edildi: 13 Aprel, 2023 - 17:46
Marketinq Menecer vakansiyası

Şirkət: IMPROVE Consulting MMC
Sektor: Restoran, Təhsil
Vəzifənin adı: Marketinq Menecer

Vəzifə öhdəlikləri:

  • Portfeldəki mövcud brendlər üçün brend planlarının hazırlanması (strategiya, böyümə nöqtələri, fəaliyyət və icraat planı); 
  • Təsdiqlənmiş brend planlara əsasən aylıq fəaliyyət planlarının həyata keçirilməsi; 
  • Rəqib və istehlakçı davranışı araşdırmalarının keçirilməsi və potensial böyümə nöqtələrinin müəyyən edilməsi;
  • Marketinq kommunikasiyaları üzrə bazar araşdırması, strategiya formalaşdırılması və təhlillərin aparılması;
  • Bazar trendlərini araşdırmaq, mövcud və yeni məhsullar üçün bazar tələblərini müəyyən etmək və onların təkmilləşdirilməsi üçün müvafiq təkliflər vermək;
  • CRM sisteminin, hesabatlılığın qurulması və idarə edilməsi;
  • Brend strategiyaya uyğun olaraq sosial media kontent strategiyasının müəyyən və icra edilməsi; 
  • Sosial media komandasının idarə edilməsi;
  • Brend planlara uyğun olaraq ATL/BTL kanallar üzrə fəaliyyətlərin planlanması və icrası; 
  • Kampaniyaların effektivliyini izləmək, əsas göstəricilərini və KPI-ları müəyyənləşdirib təhlil etmək və təkmilləşdirmə sahələrini müəyyən etmək;
  • Marketinq büdcəsinin planlaşdırılması, nəzarət edilməsi və hər bir yerləşdirmə kanallarını müəyyən etmək;
  • Youtube, Linkedln, Google, Facebook və Instaqram səhifələrində marketinq büdcəsinə əsasən reklam kampaniyalarının yerləşdirilməsinə nəzarət;
  • Kampaniyaların nəticələrini, effektivliyini təhlil etmək və rəqəmsal marketinq portfeli üzrə aylıq hesabatlar yaratmaq.

Tələblər:

  • Ali təhsil (marketinq sahəsində arzuolunandır); 
  • Marketinq sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Rəqəmsal marketinq üzrə iş və layihə/kampaniya təcrübəsi; 
  • Dil bilikləri: azərbaycan səlis, rus və ingilis orta; 
  • Excel – təcrübəli istifadəçi;  
  • Power Point – təcrübəli istifadəçi; 
  • Düşüncə tərzi və məsələlərə yanaşma tərzi: analitik, kreativ, stratejik;
  • Yüksək idarəçilik və təşkilatçılıq bacarıqları.

İş haqqında:

 

-       İş qrafiki: Tam iş günü;

-       Nahar şirkət tərəfindən təmin olunur;

-       ARƏM uyğun işə qəbul.

 

      Əmək haqqı: 1500 -2500 AZN (Təcrübəyə görə dəyişir)

 

Tələblərə cavab verən namizədlər  öz şəkilli CV-lərini “Marketinq Menecer” başlığı ilə [email protected]  elektron poçtuna göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 122
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 175
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 95
XVIII Beynəlxalq Ast...