Bazar ertəsi, 25 Avqust, 2025

“iFest” - innovasiya və texnologiya festivalı keçiriləcək


  • Dərc edildi: 16 İyul, 2024 - 16:54
“iFest” - innovasiya və texnologiya festivalı keçiriləcək

“iFest” - innovasiya və texnologiya festivalı keçiriləcək

 

Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyasının (KOBSKA) təşkilatçılığı, Kapital Bankın baş sponsorluğu ilə ölkəmizdə ilk “iFest” - innovasiya və texnologiya festivalı baş tutacaq.

Layihənin əsas məqsədi texnologiya şirkətlərinin tanıtımını etmək, startapların inkişafına dəstək olmaq, onların maliyyə imkanlarına çıxışını təmin etmək və nümayişini həyata keçirməkdir.

Festivalda 30-a yaxın startapın sərgisi, investor görüşləri (pitching), "Startap Forum"un təqdimatı, panel müzakirələri, texnoloji şoular, maraqlı konsert proqramı ilə 1000-dən çox ziyarətçinin qatılımı gözlənilir.

"İFest"- innovasiya və texnologiya festivalı bu il COP29'a həsr olunur və "Yaşıl texnologiya - yaşıl dünya naminə" şüarı ilə keçirilir.

Qeyd edək ki, tədbir 23 iyul tarixində Baku Marriott Boulevard Hotel-də baş tutacaq.

Festival silsiləvi xarakter daşıyır və növbəti illərdə də keçirilməsi planlaşdırılır.

Məlumat üçün bildirək ki, Smartnation tədbirin yaşıl texnologiya tərəfdaşıdır.

Qeydiyyat üçün bura klik edin.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 493
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 97
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7376
Sumqayıt Dövlət Univ...