Cümə, 22 Avqust, 2025

E-ticarət şirkətini qurmaq üçün 10.000 AZN mükafat qazanmaq fürsəti!


  • Dərc edildi: 7 Fevral, 2025 - 14:09
E-ticarət şirkətini qurmaq üçün 10.000 AZN mükafat qazanmaq fürsəti!

ecom X Proqramında iştirak formu

 E-ticarət şirkətini qurmaq üçün 10.000 AZN mükafat qazanmaq fürsəti!


 
 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, SUP.VC və “BonPara” şirkətlərinin təşkilatçılığı ilə
həyata keçirilən Təlim və İnkubasiya proqramına qeydiyyat davam edir!
 
 Proqramı fərqləndirən əsas üstünlük isə pul mükafatının olmasıdır. Belə ki, proqramın
sonunda ən potensiallı 3 Nəfərə öz e-ticarət mağazasını qurmaq, bazara təqdim etmək və satışları artırmaq üçün 10.000 AZN məbləğində mükafat veriləcək.

 
 3 aylıq təlim proqramından sonra, seçilmiş 16 layihə e-ticarət sahəsində uğur qazanmaq üçün 3 aylıq inkubasiya proqramına başlayacaqlar. Proqram çərçivəsində iştirakçılar peşəkar mentorların rəhbərliyi ilə e-ticarətin sirləri, mağazanın açılması, düzgün məhsulun seçilməsi, qlobal bazar trendləri, marketinq və onlayn biznesin inkişafı kimi vacib sahələr üzrə 24 onlayn və 3 canlı təlimə qoşulacaq və praktiki biliklər əldə edəcəklər.


Təlim və İnkubasiya proqramının əsas məqsədi Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərindən olan iştirakçılara e-ticarətin sirrlərini təşviq etmək, prakitik biliklərə yiyələndirmək və ölkəmizdə e-ticarətin inkişafını stimullaşdırmaqdır.
 
Təlim və İnkubasiya proqramında iştirak edən bütün iştirakçılara xüsusi Sertifikat, E-ticarət Birliyinin üzvləri tərəfindən öz biznesini qurmaq üçün dəstək paketləri və digər hədiyyələr təqdim olunacaq.



ecomX E-ticarət Təlim və İnkubasiya proqramının keçirilmə tarixləri:

Təlim proqramı: Fevral - Mart - Aprel 2025
İdeaton; May 2025
İnkubasiya: May - İyun - İyul 2025 (+Avqust)

 Qeydiyyatdan keçmiş şəxslərlə ən qısa zamanda əlaqə saxlanılaraq proqramın başlaması haqqında məlumat veriləcək.

  Qeyd: Mükafatla bağlı yaranan vergi öhdəliklərinə görə mükafatçılar məsuliyyət daşıyır.

Müraciət et

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 271
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 61
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7159
Sumqayıt Dövlət Univ...