"Data Camp" təcrübə proqramı

Ümumi məlumat

Kapital Bank ASC Data sahəsi üzrə həvəsli, yenilikçi, motivasiyalı və inkişafa yönümlü gəncləri sevindirəcək -  "Data Camp" təcrübə proqramına start verir!  Təcrübə proqramının müddəti 3 aydır. Əsas fəaliyyət istiqamətləri ilə bağlı ətraflı aşağıda tanış ola bilərsiniz.

Təcrübə proqramı aşağıda qeyd olunan istiqamətlər üzrə keçirilir.

1) Data texnoloyaları sahəsi üzrə təcrübə proqramı çərçivəsində Data OperationData Engineer sahələri üzrə təcrübəçilər axtarışındayıq. Siz təcrübə müddəti ərzində Dataiku, Tableau, Oracle BI, Impala, Debezium, Kafka, Spark, GreenPlum, MinIO, Python ve Airflow kimi qabaqcıl texnologiyalar ilə tanış olub işləmək imkanı qazanacaqsınız. Həmçinin Data platformalarının idarə edilməsi, məlumatların saxlanılması ve emalı üzrə dəyərli praktiki təcrübələr əldə edəcəksiniz. Mentorlarımızın rəhbərliyi ilə real tapşırıqların, problemlərin öhdəsindən gələrək dəyərli praktiki təcrübə əldə edəcəksiniz. 

Müraciət etməkdən əlavə aşağıdaki linkdən test mərhələsindən keçmək mütləqdir:

Data Texnologiyalarına müraciət linki


 

2) Data science sahəsi üzrə təcrübə proqramı çərçivəsində riyaziyyət, statistika, kompyuter elmlərini anlayan, analitik düşüncəyə və problemləri həll etmə qabiliyyəti malik motivasiyalı təcrübəçilər axtarışındayıq. Siz təcrübə müddəti ərzində siz məlumat toplama, təmizləmə və hazırlama,statistik və maşın öyrənmə modellərinin tətbiqi, məlumat analizi və başqa müvafiq istiqamətlər üzrə təcrübələri qazanacaqsınız.Python, R, SQL, Spark kimi  qabaqcıl texnologiyalarla işləyərək öz inkişafınıza töhfə verəcəksiniz.

Müraciət etməkdən əlavə aşağıdaki linkdən test mərhələsindən keçmək mütləqdir:

Data Science sahəsinə müraciət linki
 


 

3) Biznes analitik təcrübə proqramı çərçivəsində riyaziyyət, maliyyə biliklərinə sahib, analitik düşüncəyə və problemləri həll etmə qabiliyyəti malik motivasiyalı təcrübəçilər axtarışındayıq. Siz təcrübə müddəti ərzində maliyyə modellərinin qurulması,bazar araşdırmalarının aparılması,məhsullar üzrə analizlərin edilməsi, analizlərin vizuallaşdırılması,  məlumat toplama və başqa müvafiq istiqamətlər üzrə təcrübələri qazanacaqsınız.Python, Tableau, SQL, DataIku kimi qabaqcıl texnologiyalarla işləyərək öz inkişafınıza töhfə verəcəksiniz.

Müraciət etməkdən əlavə aşağıdaki linkdən test mərhələsindən keçmək mütləqdir:

Biznes analitik üçün müraciət linki
 

4) Data transformasiya təcrübə proqramı çərçivəsində  siz biznes departamentləri ilə əməkdaşlıq edərək, məlumatların idarəedilməsini və standartlaşdırılmasını, onların düzgünlüyünü, keyfiyyətini, dəqiqliyini və doğruluq mənbəsini, təhlükəsizlik strategiyasına və saxlama müddətlərinə uyğunluğunu təmin edilməsini peşakar komandadan öyrənəcəksiniz. Həmçinin məlumat keyfiyyətinin artırılması üçün Ataccama kimi qabaqcıl texnologiyalarla işləyərək siz fərdi inkişafla yanaşı, biznesə məlumatlara əsaslanaraq düzgün qərarların qəbul etməsinə də öz dəstəyinizi göstərəcəksiniz.

Müraciət etməkdən əlavə aşağıdaki linkdən test mərhələsindən keçmək mütləqdir:

Data transformasiya üzrə müraciət linki
 

Öhdəliklər

  • Real layihələrdə işləyərək öyrənmək imkanı;
  • Güclü və böyük kross funksional komandadın bir hissəsi olaraq yeniliklərə imza atmaq;
  • Yeni texnologiyalarla, qabaqcıl analitik modellərlə tanış olmaq və biznesin inkişafı üçün yeni analitik modellər qurmaq;
  • 3 ay sonu Kapital Bank-da karyera qurmaq şansı;
  • Təcrübə proqramında iştiraka dair Sertifikat.

Tələblər

Proqrama kimlər müraciət edə bilər:

  • Data sahəsinə marağı olan bakalavr son kurs tələbələri, magistr tələbələri,universiteti yeni bitirən məzunlar;
  • Ölkənin ilk rəqəmsal bankında data sahəsində çalışan peşəkarlarla ünsiyyətdə olmaq və onlardan öyrənmək istəyənlər;
  • Tam iş günü təcrübədə iştirak edə biləcək namizədlər;
  • Motivasiyası yüksək, yeniliklərə açıq və məqsədlərini reallaşdırmaq istəyən gənclər.

Son müraciət: 10 mart 2024

Müraciət et


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az