Cümə axşamı, 21 Avqust, 2025

"Dizayner" vakansiyası


  • Dərc edildi: 4 Oktyabr, 2022 - 20:43
"Dizayner" vakansiyası

"Saloğlu" Fərdi Firması "Dizayner" vakansiyasını elan edir!
Əmək haqqı 800-1200

Namizədə dair tələblər:
·        Təhsil: Ali
·        Kompüter bilikləri: Autocad, 3Ds Max, V-Ray (Sketcup, Blender və s. kimi başqa 3d proqramları arzuolunandır), Photoshop və s.;
·        Solidworks proqramlarını əla səviyyədə bilməli ,digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur;
·        Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur;
·        İş təcrübəsi: Mebel və ya tikinti istehsalı sahəsində 2-3 ildən az olmayaraq iş stajı;
·        Analitik düşüncə qabiliyyəti;
·        Punktual və ünsiyyətcil olması;
·        Stressə davamlılıq, komanda şəklində çalışma bacarığı və təşəbbüskarlıq;
·         Yeniliklərə açıq və məsuliyyətli olmalı.
 
Vəzifə öhdəlikləri:
·         Satışda olan mebellərin (yumşaq və panel) 3D modellənməsi, interyer üzərində render alınması;
·         Mebel istehsalı üçün eskiz layihələrin Autocad proqramında hazırlanması;
·         Ölçülərin düzgün qeyd edilməsi və mebel ustasına eskiz layihənin təqdim edilməsi;
·         Müştəri tərəfindən seçilən model və nümunələrə əsasən eskiz layihələrin 3d görüntüsünün tərtib edilməsi;
·         Müştəri ilə bağlanan müqavilənin ilk günündən işin təhvil verilməsi prosesinə qədər icraya nəzarətin edilməsi.
 
Bilik və bacarıqlar:
·         Müasir üslub istiqamətlərini bilməsi;
·         Mebel istehsalının texniki tələblərini və normativlərini bilməsi;
·         Yumşaq mebel modelləməyi bacarmalı;
·         Konstruksiya ilə işləmə qabiliyyəti;
·         Optimal dizayn qərarlarını vermə qabiliyyəti;
·         Müştəri ilə işləmə qabiliyyəti.


Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu (subject) hissəsinə “Dizayner” adını qeyd edərək [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 228
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 31
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7141
Sumqayıt Dövlət Univ...