Cümə, 22 Avqust, 2025

“Sosial İşin Əsasları” təhsil proqramının dördüncü mövsümünə tələbə qəbulu elan edilir (ÖDƏNİŞSİZ)


  • Dərc edildi: 17 Aprel, 2023 - 13:40
“Sosial İşin Əsasları” təhsil proqramının dördüncü mövsümünə tələbə qəbulu elan edilir (ÖDƏNİŞSİZ)

“Sosial İşin Əsasları” təhsil proqramının dördüncü mövsümünə tələbə qəbulu elan edilir

 

“İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə gənc sosial işçilər üçün həyata keçirilən “Sosial İşin Əsasları” təhsil proqramının dördüncü mövsümünə tələbə qəbulu elan edilir.

Birliyin Mətbuat xidmətindən Edumap.az-a məlumat verilib ki, layihənin bu dəfəki mövsümündə şəhid ailələri və qazilərlə sosial işin təşkili, onlarla birlikdə qrup fəaliyyətləri olaraq görüşlərin təyin olunması, müharibənin sosial-psixoloji aspektlərinin qazilərə təsiri, cəmiyyətə yenidən adaptasiya və inteqrasiya problemlərinin aradan qaldırılmasına dair təlim və görüşlər həyata keçiriləcək. 150 akademik saatı əhatə edən 3 aylıq təhsil proqramı çərçivəsində seçilmiş gənclər bu sahənin peşəkar mütəxəssisləri tərəfindən öz biliklərini nəzəri və praktiki modullar vasitəsi ilə artıracaqlar. Bu dəfəki proqram müddətində də müxtəlif sosial xidmət müəssisələrinə səfərlər nəzərdə tutulub.

Qeyd olunub ki, təlim proqramının ilk üç mövsümündə ümumilikdə 200-ə yaxın gənc iştirak edib. Həyata keçirilən proqramın əsas məqsədi gənc təlimçi və fasilitatorların, potensial sosial işçilərin hazırlanması, gənclərə sosial iş sahəsini qeyri-formal təhsil metodları ilə öyrətmək, habelə onların bilik və bacarıqlarının artırılması yolu ilə keyfiyyətli gənclərlə işə nail olmaqdır.

Proqramda iştirak etmək istəyən 17-23 yaş arasında, sosial iş üzrə ixtisaslaşan, bu sahəyə maraqlı, yüksək motivasiyalı, təşəbbüskar, komandada işləmək bacarığına malik gənclər aşağıdakı linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər: https://bit.ly/3UFAyRf

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 339
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 69
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7195
Sumqayıt Dövlət Univ...