Cümə axşamı, 4 Sentyabr, 2025

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı 6 aylıq “Təcrübə Proqramı elan edir”


  • Dərc edildi: 9 Avqust, 2023 - 18:47
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı 6 aylıq “Təcrübə Proqramı elan edir”

Gözlənilən məqam gəlib, çatdı!

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı 6 aylıq “Təcrübə Proqramı elan edir”

Əgər siz də Cənubi Qafqazın ən böyük Tələbə təşkilatında işləmək, tələbəlik illərində əvəzsiz təcrübə qazanmaq və peşəkar fəaliyyətinizdə önə çıxmaq istəyirsinizsə, qeydiyyatdan keçin və bizə qoşulun.

Təcrübə proqramının məqsədi tələbə gənclərin bilik və bacarıqlarını artırmaq və ictimai sferada fəaliyyətlərini genişləndirmək imkanı yaratmaqdır. 

Bu təcrübə proqramında siz:

- Tələbələrlə iş sahəsində təcrübə;

- İri-kütləvi layihələrdə iştirak;

- Proqram əsaslı fəaliyyətlərin təşkilində yer almaq;

- Sosiallaşmaq imkanı əldə edəcəksiniz.

Aşağıdakı istiqamətlərdə təcrübə qazanacaqsınız:

İctimaiyyətlə əlaqələr üzrə

Layihələrlə iş üzrə

Qeyd 1: Təcrübə proqramı ödənişsiz əsaslarla həyata keçirilir və proqramın sonunda təcrübəçilər sertifikatla təltif olunacaq.

Qeyd 2: Qeydiyyatdan keçən şəxslər müracəti qənaətbəxş olduğu halda müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibəni uğurla keçənlər isə ATGTİ-də təcrübəçi olmaq şansı əldə edəcəklər.

Qeydiyyat üçün link: LİNK

Son müraciət tarixi: 15 Avqust 23:59

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1103
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 255
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8104
Sumqayıt Dövlət Univ...