Ebru sənəti nədir və insan ruhuna 9 təsiri nələrdir?

Ebru sənəti nədir?

Ebru sənəti vizual olaraq insanin gözünü və ruhunu oxşayan rəngli sənətdir. Ebru sənətinə rənglərin suda dansı da deyə bilərik. Ebru sənəti harmoniya, xaos və sonsuzluğun vəhdəti olan sirli bir sənətdir.

Ebru sənəti üçün lazım olan vəsaitlər nələrdir?

Ebru sənəti üçün lazım olan ləvazimatlar tam təbii materiallardır. Ebru sənəti qatılaşdırılmış su üzərində həyata keçirilir. Qatılaşdırılmış su gəvən ağacı adlanan təbii tikan otundan alınır. Gəvən otunun gövdəsindən nişastaya bənzəyən maddə çıxır. Bu maddə su ilə qarışdırılaraq suyu qatılaşdırır və bununla da boyaların suyun üzərində dağılmamasını təmin edir. Boyalar isə torpaqdan hazırlanır. Bu boyalar mərmər üzərində 4-5 saat əzilir. Daha sonda boyaya öküz ödü əlavə edilir ki, bu da boyanı daha da incəldib suda saxlanmasını təmin edir. Eyni zamanda, bununla rənglər bir-birinə göy qurşağı kimi qarışmır və yapışqanlıq verir. Boyalar qatılaşdırılmış suyun üzərinə əllə hazırlanmış xüsusi fırçalar vasitəsi ilə səpilir. Bu fırçaların özü at quyruğundan, gövdəsi isə gül ağacının budaqlarından olur. Fırçalar ona görə belə hazırlanır ki, bu halda su üzərində ebrunun naxışlarını idarə etmək asan olur. Əvvəlcə suyun üzərinə kiçik damcılar əlavə olunur. Daha sonra rənglər əlavə olunaraq biz və ya müxtəlif ebru sənəti üçün nəzərdə tutulmuş daraqların köməkliyi ilə naxışlar vurulur.

Ebru sənətinin insan ruhuna 9 təsiri nələrdir?

 Bir çoxları ebru sənətindən meditasiya növü kimi edir. Belə ki, ebrunu digər sənətlərlə müqayisədə insana mənəvi cəhətdən daha əlaqəli hesab edirlər və ebrunun bir çox terapiya xüsusiyyətləri vardır. 

  • Ebru ilk növbədə səbr etməyi öyrədir.
  • Ebru insanı rutin həyatından çıxarıb başqa dünyalara aparır, ruhuna rahatlıq verir.
  • Ebru sənəti ilə məşğul olarkən insan indiki hiss və düşüncələrini bir növ rəng və naxışla ifadə edir.
  • Ebru sənəti ilə məşğul olarkən pis bir şey düşünmək mümkün deyil, çünki o, sabit deyil, hərəkət var, suda rənglər, naxışlar insanin ruhunu oxşayacaq qədər daim dəyişir.
  • Ebru ilə məşğul olarkən insan özünü yenidən kəşf edə və özünə yeni bir baxış bucağı qazana bilər.
  • Ebru ilə məşğul olarkən insan zamanın necə keçdiyini anlamır.
  • Ebru edərkən insan stressdən uzaqlaşıb rahatlayır.
  • Ebru sənəti ilə məşğul olmaq insanın yaradıcılığını inkişaf etdirir.
  • Hərəkət edən su müsbət ionlar yaydığı üçün insanlara müsbət təsir göstərir. 

Ebru sənətinin insanı rahatlatmasının səbəblərindən biri istifadə edilən materialların təbii olmasıdır. 

Ebru sənəti ilə necə məşğul olmaq olar və ebru sənətinə dərindən yiyələnmək üçün nə qədər vaxt lazımdır?

Suyun üzərində istədiyiniz naxışı alındırmaq praktika tələb edir. Amma daha öncə ebru sənəti ilə məşğul olmayanlar belə ilk dəfədən müəyyən naxışlar çəkə bilərlər. Təbii ki, bunun üçün təlimçi köməyinə ehtiyac duyulur. 1 dəfəlik masterklassla ebru sənətini icra etmək mümkündür. Tripsome vasitəsilə bilet alıb iştirak etmək olar (masterklass üçün linkə klik edin). Bu masterklassda təlimçi ebru sənətinin texnikası barəsində məlumat verir və aydın şəkildə izah edir. Peşəkar təlimçi ebru sənətində rənglərdən və ləvazivatlardan necə və hansı ardıcıllıqla istifadə etmək lazım olduğu barədə ətraflı məlumat verir. İştirakçının suda çəkmək istədiyini rəsmi hazırlarkən ona daima kömək edir. Bütün ləvazimatlar təlimçi tərəfindən təmin edilir. İştirakçılar sessiya zamanı işlədikləri əsəri sessiyadan sonra özləri ilə apara bilərlər və onlara aiddir. Eyni zamanda, ebru sənətini daha dərindən mənimsəmək istəyənlər üçün ebru sənətinin aylıq dərsləri də mövcuddur və iştirakçı sertifikatla təmin olunur. (aylıq dərs üçün linkə klik edin)

Bu və ya digər maraqlı fəaliyyət və masterklassları Tripsome.com-dan tapa bilər, bilet alıb iştirak edə bilərsiniz.

Tripsome.com - 100+ əyləncəyə bilet bir platformada.


 

 

 


 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az