"Mühəndislər üçün biznes təhsili" layihəsinə qeydiyyatın başladı

"Mühəndislər üçün biznes təhsili" layihəsinə qeydiyyatın başladığını elan edirik

Azərbaycanda mühəndislik ixtisası üzrə təhsil alan digər universitet tələbələri də bu imkandan yararlana bilərlər

Layihənin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılmasıdır. Proqram tam olaraq ingilis dilində aparılacaq.

Layihə sizə nə verəcək?

 Biznes sahəsində bilik və bacarıqlara yiyələnmək

Praktiki məşğələlərdə iştirak etmək

 bp və digər transmilli şirkətlərin aparıcı nümayəndələri ilə təcrübə mübadiləsi və müzakirə imkanları

 Bakı Ali Neft Məktəbinin ən qabaqcıl və beynəlxalq sertifikatlı heyətindən təhsil almaq

Bakı Ali Neft Məktəbi (Baku Higher Oil School ) və bp birgə sertifikatı ilə təmin edilmək

Proqram Bakı Ali Neft Məktəbinin beynəlxalq təcrübəli mütəxəssisləri tərəfindən həyata keçiriləcək. Təlimlər fevral-mart ayı ərzində Bakı Ali Neft Məktəbində təşkil ediləcək.

Proqrama daxil olan modullar:

• Layihələrin idarə edilməsi və risklər;
• Vaxtın idarəedilməsi və səmərəlilik
• Maliyyə idarəetməsi
• Çevik idarəetmə və insan kapitalının idarəolunması;
• Təqdimat və kommunikasiya bacarıqları
• Davamlı inkişaf konseptləri

Kimlər müraciət edə bilərər:

- Hazırda yalnız mühəndislik ixtisasları üzrə təhsil alan 3-cü, 4-cü və 5-ci kurs tələbələri
- Yalnız ingilis dili bacarıqları yüksək olan tələbələr
- Bakı Ali Neft Məktəbi: 4-ci və 5-ci kurs, digər ali təhsil müəssisələri isə 3-cü və 4-cü kurs tələbələri

Qeydiyyat üçün aşağıda qeyd edilən məlumatları [email protected] elektron ünvanına göndərməyiniz xahiş edilir.

Qeydiyyat üçün son tarix: 16.02.2024
 Qeydiyyat linki: https://lnkd.in/eQV-9-Uy

Yerlərin məhdud olduğunu nəzərə alaraq tezliklə qeydiyyatdan keçməyiniz tövsiyə olunur. Proqrama qəbul olan tələbələrə 20 fevraladək məlumat veriləcək.

Əlavə suallarınız üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz:

e-mail: [email protected]
Telefon: 012 521 00 00 (daxili:33066)
 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az