Bazar ertəsi, 7 İyul, 2025

Süni İntellekt Akademiyası yaradılacaq – SƏRƏNCAM


  • Dərc edildi: 19 Mart, 2025 - 16:20
Süni İntellekt Akademiyası yaradılacaq – SƏRƏNCAM

Azərbaycanda süni intellekt sahəsində istedad və bacarıqların təkmilləşdirilməsi məqsədilə Süni İntellekt Akademiyası yaradılacaq.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi "2025–2028-ci illər üçün süni intellekt Strategiyası"nda öz əksini tapıb.

Strategiya çərçivəsində 2026-2027-ci illərdə Süni İntellekt Akademiyasının fəaliyyəti çərçivəsində ən azı 2 nüfuzlu xarici universitetlə (dünya reytinqində ilk 10 pillədə qərarlaşan) süni intellektin tədrisi sahəsində əməkdaşlığın təmin edilməsi, süni intellekt sahəsində 500 mühəndisin yetişdirilməsi, 3 000 nəfərlik süni intellekt icmasının formalaşdırılması nəzərdə tutulub.

Eyni zamanda süni intellekt və məlumat idarəetməsi üzrə kadr potensialının gücləndirilməsi üçün yarışma platformasının istifadəyə verilməsi, süni intellektlə bağlı məlumat və resurslar üçün platformanın yaradılması, müxtəlif dövlət orqanlarından (qurumlarından) 500 əməkdaşın “Menecerlər üçün süni intellekt” təlimlərindən məzun olması, interaktiv tədris platformasında istifadəçilərin sayının 10 000-ə çatdırılması, yarışma platformasında ümumilikdə 1 000 istifadəçi ilə 10 yarışmanın keçirilməsi hədəflənir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 212
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 90
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 277
Məktəbəhazırlıq qrup...