Bazar, 1 İyun, 2025

"Ali təhsil müəssisələrində pedaqoji fəaliyyətə giriş" təlimləri


  • Dərc edildi: 28 İyul, 2022 - 19:38
"Ali təhsil müəssisələrində pedaqoji fəaliyyətə giriş" təlimləri

ARTİ ali məktəblərdə pedaqoji fəaliyyət ilə məşğul olmaq istəyən, sənayedə və iş dünyasının müxtəlif sahələrində çalışan şəxslərin bu sahədə bilik və bacarıqlarını artırmaq məqsədilə təlimlər təşkil edir.

Proqramda əsas təlim mövzuları aşağıdakılardır:

• Pedaqoji fəaliyyətdə ilk addım;
• Tədrisin planlaması və tətbiqi;
• Ali təhsilin normativ-hüquqi tənzimlənməsi;
• Təhsil prosesində müasir rəqəmsal texnologiyaların tətbiqi;
• Elmi rəhbərlik;
• Tədrisin idarə edilməsi;
• Peşə etikası.

Təlimlərdə iştirak etmiş şəxslər nə öyrənəcək?

• Pedaqoqu xarakterizə edən xüsusiyyətləri və onun rollarını öyrənəcək;
• Rəqəmsal texnologiyalardan rahatlıqla istifadə edə biləcək;

>• Elmi rəhbərlik etmək üçün əsas bacarıqlara yiyələnəcək;
• Qiymətləndirmə metodlarını, təlim metodlarını, sillabusların tərtib edilməsini öyrənəcək;
• Tələbələrin fəaliyyətinə vaxtında və tam nəzarət edə biləcək.

Təlimlərdə ali təhsilli şəxslər iştirak edə bilər. Təlimlər ödənişli əsaslarla həyata keçirilir. Sonda ARTİ tərəfindən sertifikat təqdim edilir.

Qeyd edək ki, təlimlər onlayn formada baş tutacaq.

Qeydiyyatdan keçən şəxslərə proqram və ödəniş ilə bağlı ətraflı məlumat göndəriləcək.

Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

https://forms.office.com/r/J3N9nTA8F0

Qeydiyyat üçün son tarix: 4 avqust 2022-ci il

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 120
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 174
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 94
XVIII Beynəlxalq Ast...