Bazar ertəsi, 25 Avqust, 2025

Bakı Zooloji Parkının könüllülük proqramına qeydiyyatı davam edir


  • Dərc edildi: 10 May, 2025 - 12:11
Bakı Zooloji Parkının könüllülük proqramına qeydiyyatı davam edir

Bakı Zooloji Parkının könüllülük proqramına qeydiyyatı davam edir!



Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə həyata keçirilən seçimlər zamanı müraciət edən könüllülər Bakı Zooloji Parkında könüllü fəaliyyətinə cəlb olunacaq.

Proqram çərçivəsində könüllülər Bakı Zooloji Parkına gələn xarici və yerli qonaqları qarşılamaq, istiqamətləndirmək və məlumatlandırmaq, zooloji parkda olan heyvanlara qarşı düzgün davranış qaydalarına riayət etmək və onlara nəvaziş göstərmək üçün əhalini maarifləndirmək sahəsində fəaliyyət göstərəcəklər. Bundan əlavə, könüllülər ümumilikdə vətəndaşlar arasında heyvanlara xüsusi diqqətin göstərilməsi və onların qorunmasının təbliğində mühüm rol oynayacaqlar. Nəzərinizə çatdıraq ki, könüllülük fəaliyyəti 1 ay olmaqla davam edəcək. Proqramı uğurla başa çatdıran könüllülər sertifikat ilə təltif ediləcək.

 Qeydiyyat linki: https://forms.gle/hNPLENn1J5QGiPcEA

 Qeydiyyat üçün son tarix: 11 may 2025-ci il

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 477
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 96
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7366
Sumqayıt Dövlət Univ...