AVRORA MMC “İnsan Resursları üzrə Mütəxəssis" vəzifəsi üzrə vakansiya elan edir!
Əsas vəzifə öhdəlikləri :
· E-gov portalında əməliyyatların icra edilməsi;
· Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin daxil edilməsi;
· Nizam-intizam qaydalarına əsasən rəsmi sənədlərin hazırlanması;
· Şirkətin kadr işləri üzrə sənədləşmə prosesinin idarə edilməsi;
· İşçilərin şəxsi işlərinin hazırlanması və formalaşdırılması, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişikliklərin qeyd edilməsi;
· Əmək qanunvericiliyinə, əsasnaməyə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyin, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarının rəsmiləşdirilməsi;
· Əmək müqavilələrinin doldurulması və tərəflər arasında imzalanmasına nəzarət edilməsi;
· Əmas altsistemi portalı ilə işlənilməsi;
· Kadrların aylıq uçot-tabellərinin icra edilməsi;
· Əməkdaşların İR ilə əlaqədar sənədlərinin hazırlanması;
· Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatların təqdim edilməsi.
Tələb olunan bilik və bacarıqlar :
· Azərbaycan Respublikasının Əmək Məcəlləsi biliklərinə malik olmalı (mükəmməl səviyyədə);
· Sənədləşmə və yazışma işlərini aparmaq qabiliyyəti;
· MS Office kompüter proqramlarından istifadə etmək bacarığı;
· Müxtəlif iş və tapşırıqların eyni vaxtda icra edilməsi qabiliyyəti;
· Elektron Hökumət Portalında işləmə bacarıqları;
· Bəy namizədlərə üstünlük veriləcəkdir.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri :
· Təhsil: Ali;
· İş təcrübəsi: 2-3 il;
· Yaş həddi: 22-40;
· Kompüter bilikləri: MS Office (Excel, Word və digərləri);
· SAP proqramı üzrə işləmək bacarığı üstünlükdür;
· Dil bilikləri: Azərbaycan dili mükəmməl (Rus və ingilis dilini bilməsi üstünlükdür).
İş şərtlərimiz :
· İş qrafiki: Tam iş günü (5 gün);
· İş saatları: 09:00-18:00;
· İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.
Biz nə təklif edirik :
· Əmək bazarında rəqabətli əməkhaqqı;
· İşçilərə qayğı proqramı;
· Peşəkar komanda mühiti;
· Nahar;
· Şirkət hesabına korporativ nömrə;
· Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları üzrə Mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur