reklam

Tam praktiki "Professional HR" Təlim proqramına qeydiyyat start verildi !

Tam praktiki "Professional HR" Təlim proqramına qeydiyyat start verildi !

Hoffman Co şirkəti  2014-cü ildə İstanbulda təsis olunmuşdur. İş adamları üçün biznes təhsili, konfrans,təlimlər və seminarlar, onlayn kurslar təşkil edir və peşəkar fəaliyyətlə məşğuluq.

Hoffman Co bu sezon 500 üzəri şirkət HR-larına 10 növ fərqli təlimlər təşkil edib. Azərbaycanda ilk dəfə 1 ayda 2 Beynəlxalq HR üzrə Kamp və 3 Beynəlxalq Master Class təşkil etmişdir. Hoffman Co nəticələri göz qabağındadır.

Professional HR kursunu bitirməklə siz Azərbaycan Respublikasının Əmək qanunvericiliyi sistemini, o cümlədən əmək məsələləri ilə əlaqədar müvafiq qanunları  və normativ hüquqi aktları mənimsəyəcəksiniz. Bununla yanaşı, İnsan resursları və Əmək Məcəlləsinin sıx nəzəri əlaqələri, habelə təcrübədə tətbiqi qaydalarını öyrənəcəksiniz. Bütün bu bilgilər sizin insan resursları sahəsində bir mütəxəssis olaraq daha peşəkar formada inkişafınıza öz təsirini göstərəcəkdir.



 "Professional HR" Təlim proqramına daxildir:

- Kadr kargüzarlığı
- Məzuniyyət hüququ
- HR Assistant
- Əmək hüququ.
- Əmək mübahisələri.
- ƏMAS

- Fərdi əmək mübahisələri, onların tərəfləri və predmeti
 

 


📍 Modul 1. Əmək müqaviləsi

Əmək müqaviləsinin tərəfləri
Əmək müqaviləsinin məzmunu
Əmək müqaviləsinin forması
Əmək müqaviləsinin müddəti
Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası
Müddətli əmək müqaviləsi bağlanan hallar
Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər
Müsabiqə yolu ilə vəzifələrin tutulması zamanı əmək münasibətlərinin tənzimlənməsi
Sınaq müddəti
Sınaq müddəti müəyyən edilməyən hallar
İşə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi qaydası
Əmək şəraitinin təmin edilməsi
Əmək şəraitinin əlavə şərtləri
Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi
İşçinin əmək funksiyası
Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi ( əlavə iş yeri)
Başqa işə keçirmə
İşəgötürənin təşəbbüsü ilə başqa işə müvəqqəti keçirmə
Başqa işçinin əmək funksiyasının icrası
İşçinin işdən kənar edilməsi
Mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsi
Əmək müqaviləsinə xitam verilməsinin əsasları
Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları
Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar
Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası
Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları

Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları
İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər
Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar

📍   Modul 2.  Kadr kargüzarlığı

Əmək müqaviləsinin hazırlanması
Əmək müqaviləsinə əlavənin hazırlanması
Əmək müqavilələri bağlanmasının sənədləşdirilməsi
Başqa işə keçirilmə və buna müvafiq digər halların sənədləşdirilməsi
Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası
Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu
Əmək müqavilələrinin sənədləşdirilməsinin uçotu qaydaları
Əmək müqavilələrinin və əmrlərin saxlanılmasının təmin edilməsi
İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
İşçiyə arayışların, xasiyyətnamənin verilməsi və onların başqa yerlərə göndərilməsi şərtləri
Müvafiq əmrlərin, arayışların, xasiyyətnamənin və s hazırlanması.

📍   Modul 3.  İş vaxtı

Tam iş vaxtı və onun müddəti
Həftəlik tam iş vaxtının müəyyən edilməsi
Qısaldılmış iş vaxtı
Əmək şəraiti zərərli olan işlərdə çalışan işçilər üçün iş vaxtının qısaldılmış müddəti

Natamam iş vaxtı
Gecə vaxtı işin müddəti
Gecə vaxtı işlərinə cəlb edilməsinə yol verilməyən işçilər
İş vaxtından artıq iş
İş vaxtından artıq işlərin son həddi

.İş vaxtının uçotu
İstirahət və nahar üçün fasilə
İstirahət günləri
Bayram günləri 
Səsvermə günü 
Ümumxalq hüzn günü
Azərbaycan Respublikasında Anım Günü
İstirahət, səsvermə, iş günü hesab edilməyən  bayram günlərində və ümumxalq hüzn
günü işçilərin işə cəlb olunmasının yolverilməzliyi
İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü
qabağı günlərdə iş gününün müddəti 
Hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanmasının
xüsusiyyətləri
Qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb
olunmasının, habelə ezamiyyətlərinin məhdudlaşdırılması
Hamilə və yaş yarımadək uşaqlı qadınların daha yüngül işə keçirilməsi

📍   Modul 4.  Məzuniyyət hüququ və onun təmin edilməsi

İşçilərin məzuniyyət hüququ
Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları
Məzuniyyətin növləri
Əmək məzuniyyəti və onun verildiyi iş ili
Əsas məzuniyyət və onun müddətləri
Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin
müddətləri
Əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydası
Uşaqlı qadınların əlavə məzuniyyətləri

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin
əlavə məzuniyyəti
Fizioloji keyfiyyətləri ilə bağlı işçilərin məzuniyyətlərinin müddətləri
Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərin əmək məzuniyyətinin müddəti
Ödənişli təhsil məzuniyyətləri
Təhsil məzuniyyətlərinin müddətləri
Hamiləliyə və doğuşa görə məzuniyyətlər
Uşaqları övladlığa götürmüş qadınların məzuniyyət hüquqları
Qismən ödənişli sosial məzuniyyət hüququ və ondan istifadə qaydaları
Ödənişsiz məzuniyyətdən istifadə hüququ
Ödənişsiz məzuniyyətlərin növləri
İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin müddətləri
Əmək məzuniyyətinin verilməsi qaydası
Məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər
Əmək məzuniyyətlərinin verilməsində növbəlilik
Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydası
Əmək məzuniyyətinin verilməməsinin yolverilməzliyi
Məzuniyyətin hissələrə bölünməsi və məzuniyyətdən geriçağırma qaydası
Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması
Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi
Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi
İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi

📍   Modul 5.  Əmək və icra intizamının təmin edilməsi qaydaları

Müəssisədaxili intizam qaydalarının məzmunu
Əmək və icra intizamına əməl edilməsinə görə fərqlənmiş işçilərin mükafatlandırılması
Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri
İntizam tənbehinin verilməsi qaydaları
İntizam tənbehi vermək səlahiyyəti olan vəzifəli şəxs

İntizam tənbehinin verilməsi şərtləri
İntizam tənbehinin müddəti və vaxtından əvvəl götürülməsi

📍   Modul 6.  İşəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyətini müəyyən edən hallar

İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti
Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri
İşəgötürən tərəfindən mülkiyyətçiyə vurulan ziyana görə məsuliyyət
Vurulan ziyanın ödənilməsinin təmin edilməsi şərtləri
İşəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığı hallar
İşçiyə dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi qaydası
İşçiyə dəymiş maddi ziyanın ödənilməsinə baxılma qaydası
İşçinin orta aylıq əmək haqqı məbləğinədək maddi məsuliyyəti
İşçinin tam maddi məsuliyyəti
İşçinin maddi məsuliyyətini istisna edən hallar
Ziyanın məbləğinin müəyyən edilməsi
Vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması
Vurulan ziyanın məbləğinin işçi tərəfindən könüllü ödənilməsi
. İşəgötürənə vurulan ziyanın məbləğinin işçidən tutulması qaydası

📍   Modul 7.  Fərdi əmək mübahisələri, onların tərəfləri və predmeti

Fərdi əmək mübahisələri anlayışı
Fərdi əmək mübahisələrinin predmeti
Fərdi əmək mübahisələrində tərəflər
İşçinin pozulmuş hüquqlarının bərpasını iddia etmək hüququ
Fərdi əmək mübahisələrinə baxılması vaxtı
Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri.


🌐 İnstructor Vasif Ağayev

Vasif Ağayev Ramiz oğlu 2006-cı ildə Odlar Yurdu Universitetinin Hüquq fakultəsini bitirmişdir. Sonra Hüquqşünas kimi fəaliyyətini davam etdirmişdir. Fəaliyyəti dövründə, Avropa insan hüquqları konvensiyası "Yaşamaq Hüququ", "Yuvenal Ədliyyə", "İnzibati İcraat", "Bədən dili", Əmək Məcəlləsi və İnsan Resursları, " HR Master training", "Məhkəmədə Vəkillik bacarıqları","Əməyin mühafizəsi və texniki təhlükəsizlik norma və qaydaları", "Hidden analysis of human psychology" adlı təlim və kurslarını uğurla bitirmişdir.
Socar birgə müəssisəsi Heavy Crane FZE şirkətinin Azərbaycan Respublikasındakı filialında İnsan Resurları şöbəsində çalışır. Uzun illərdir Əmək qanunvericiliyi və İnsan Resursları təlimlərini keçir. Əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları və şərhi adlı təlimi uğurla keçdiyinə görə Azərbaycan Respublikası Təhsil cəmiyyəti tərəfindən, eyni zamanda "Human Resource in Labor Code of the Republic of Azerbaijan" adlı kursu yüksək nəticə ilə tədris etidiyinə görə Hoffman Co tərəfindən diplomla təltif olunmuşdur.

Təlimin sonunda Seritifikat mərasimi keçiriləcək sertifikatlar iştirakçılara təqdim olunacaq.

 Hər şey daxil “Professional HR” təlim proqramının ödənişi sadəcə 245 Azn təşkil edir. Yerinizi rezerv etmək üçün 20 Azn ilkin ödəniş edə bilərsiniz.

🔰Qeyd:  Yerlərinizi rezerv üçün qeydiyyat edin.        


Müraciət et


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az