reklam

SƏTƏM bölməsi üzrə Mütəxəssis vakansiyası

STP Şirkətlər Qrupu, SƏTƏM bölməsi üzrə Mütəxəssis vakansiyası elan edir.

2012-ci ildən etibarən bazarda fəaliyyət göstərən şirkətimiz regionun ilk və ən böyük texnoparkıdır. Özündə 10-dan artıq istehsalat müəssəsini cəmləşdirən STP Şirkətlər Qrupunun məhsulları “Made in Azerbaijan” brendi altında dünya bazarında da öz yerini tutmaqdadır.

Özünə və peşəkarlığına güvənən, SƏTƏM sahəsində müvafiq  təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün uyğun namizəd:
-         Ali təhsili olmalı;
-         SƏTƏM sahəsi üzrə minimum 1 (bir) il iş təcrübəsinə malik olmalı;
-         İSO standartları barədə məlumatlı olmalı;
-         Azərbaycan dilini sərbəst, ingilis dilini yüksək səviyyədə bilməli;
-         Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
-         Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
-         İşgüzar və məsuliyyətli olmalıdır.
 
Hansı işləri görəcəksiniz:
-         SƏTƏM bölməsinin işçilərinin tabellərinin hazırlanması;
-         Tibb məntəqəsinə məxsus ümumi müşahidə kartlarının qeydiyyatlarının aparılması;
-         Müxtəlif xarakterli təqdimatların hazırlanması;
-         Tibb məntəqəsinin üzvlərinin gigiyena üzrə dövri ümumi inspeksiya vərəqlərinin qeydiyyatının (Gigiyena üzrə yoxlama vərəqəsi) aparılması;
-         Mülki müdafiə qərərgahı üzvlərinin dövri inspeksiyalarının qeydiyyatının aprılması;
-         SƏTƏM-lə bağlı aylıq statistikaların yığılması;
-         Mövcud vəziyyətə uyğun olaraq şirkətdə COVİD 19 üzrə statistikaların aparılması;
-         İSO 9001:2015, İSO 14001:2015 və İSO 45001:2018 İdarə etmə sisteminə dair tələblərin həyata keçirilməsi prosesində iştirak etmək;
-         Sığorta üzrə işlərin koordinasiya olunması və görülmüş işlərin qeydiyyatının aparılması;
-         Baş vermiş insidentlərin qeydiyyatı cədvəlinin doldurulması və işlək formada saxlanılması;
-         İnsidentlərin izlənilməsi üçün reyestrin təftiş olunması və çatışmamazlıqlar barəsində SƏTƏM rəhbərlərinə məlumatın verilməsi;
-         Struktur vahidi rəhbərinin və birbaşa rəhbərinin digər tapşırıqlarını yerinə yetirmək.


Nə əldə edəcəksiniz?
 
-         Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
-         Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
 
Əlavə məlumatlar:
-         Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
-         Şirkət tərəfindən nahar və nəqliyyatla (servis) təmin edilmə;
-         Tibbi sığorta mövcuddur;
-         İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
-         İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.


Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mütəxəssis” yazaraq 15.09.2022-ci il tarixinədək [email protected] ünvanına göndərilməsi xahiş olunur.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az