Media nümayəndələri nəzərinə

Hörmətli media nümayəndələri,

BQXK, identifikasiya prosesinin humanitar aspektləri, itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması ilə bağlı BQXK-nın mandatı və rolu mövzusunda 2 günlük seminar keçirməyi planlayır.

Seminarın məqsədi itkin düşmüş şəxslərin axtarışı, insan qalıqlarının çıxarılması və identifikasiya prosesi barədə yazan media nümayəndələrini bir araya gətirməkdir. Nəzəri məlumatlarla yanaşı, seminar zamanı bu istiqamətdə praktiki simulyasiyanın keçirilməsi də nəzərdə tutulub.

Tədbir, ərazidə qarşılaşılan çətinliklərə cavab verilməsi və artan media marağı fonunda məlumatlandırmanın beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi istiqamətində müzakirələr üçün də şərait yaradacaq.

Seminar noyabr ayının ilk həftəsi, Bakı şəhərindən kənarda baş tutacaqdır. BQXK iştirakçıların nəqliyyat, gecələmə və gündə üç dəfə qidalanma ehtiyaclarını qarşılayacaqdır. Seminar haqqında ətraflı məlumat, o cümlədən tədbirin proqramı, önümüzdəki həftələrdə iştirakçılarla bölüşüləcəkdir.

Əgər bu seminarda iştirak etməkdə maraqlısınızsa, o zaman, [email protected] ünvanına aşağıdakı məlumatları təqdim etməlisiniz:
• Ad və soyadınız.
• Media sahəsində ixtisaslaşmanız. Müraciətçilər arasında itkin düşmüş şəxslərin axtarışı, insan qalıqlarının çıxarılması və identifikasiyası sahələrində daha çox məlumat yayan şəxslərə üstünlük veriləcəkdir.
• Elektron poçt ünvanınız.
• Əlaqə nömrəniz.

Qeydiyyatdan keçmək üçün son tarix 18 oktyabr 2023-cü ildir.

Əlavə məlumata ehtiyacınız olarsa, bizimlə əlaqə saxlaya bilərsiniz.



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az